Banişevskinin forması “Marakana”da
Tarix: 19.08.2015 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


“Neftçi”nin Braziliyada rəsmi işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov “Marakana” stadionunun muzeyinin nümayəndələri ilə görüşüblər.
Tədbirdə cənubi amerikalılara Azərbaycan futbol tarixinin ən köklü klubu olan "Neftçi" barədə məlumatlar verilib. Sonra komandanın yetirməsi olan və peşəkar karyerası ərzində yalnız "Neftçi"də oynamış Anatoli Banişevskinin "Marakana"da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Əfsanəvi futbolçumuzun forması muzeyə hədiyyə edilib
Belə ki, bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər “Neftçi”nin əfsanəvi “9” nömrəsinin formasını da görə biləcəklər. Qeyd edək ki, 1965-ci il noyabrın 21-də “Marakana” stadionuna toplaşmış 132 min azarkeş Braziliya - SSRİ matçında “Neftçi”nin yetirməsinin başı ilə uzaq məsafədən vurduğu qola şahid olub. Oyunun 54-cü dəqiqəsində Pelenin vurduğu qola sevinən azarkeşləri cəmi 5 dəqiqə sonra Banişevski sükuta qərq edib. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq, belə gözəl qola görə təbrik edib. Braziliyalıların yaddaşında “qızıl baş” ləqəbi ilə qalan əfsanə futbolçu bu günə kimi də “Marakana” stadionunda qol vurmuş yeganə həmyerlimizdi.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info