“Moskva-Pekin ittifaqı güclənir”
Tarix: 20.08.2015 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


“İqtisadi sahədə də iki ölkə arasında böyük planlar həyata keçirilir. Yeni İpək Yolu layihəsinin Avrasiya İqtisadi İttifaqına birləşməsi gələcəkdə Avrasiyanı tam inteqrasiya etməyi nəzərdə tutur”

Bu gün Rusiya ilə Çin arasında münasibətlər bütün sahələr üzrə - həm hərbi- siyasi, həm də iqtisadi sferalarda yüksələn xətt üzrə inkişaf edir. Mövcud şərtlər çərçivəsində əlaqələrin yüksək səviyyədə saxlanması strateji baxımdan hər iki tərəf üçün mühüm önəm kəsb edir. Strateji tərəfdaşlıq bir sıra amillərlə, əsasən də beynəlxalq arenada ABŞ-ın hərbi-siyasi və iqtisadi təsiri ilə bağlıdır. Yəni bu təsir Rusiya-Çin strateji yaxınlaşması zərurətini ortaya çıxarır.
ABŞ-ın “Foreign Affairs” nəşrində bu mövzu ilə səsləşən yazı dərc edilib. Yazıda deyilir ki, Rusiya ilə Çin günü-gündən daha da yaxınlaşır. Hələ bu ilin mayında çinli lider Moskvaya səfər edərkən Çinin rəsmi dövlət qəzetləri “Rusiya ilə Çin köhnə dostluqlarını daha da gücləndirir, uğurlu qarşılıqlı əməkdaşlığı, həmçinin strateji tərəfdaşlığın sərhədlərini genişləndirirlər” - deyə, yazırdı. “Foreign Affairs” bu əməkdaşlığın nə qədər səmimi olması barədə fikir söyləməyin çətin olduğunu qeyd edib. İki ölkənin münasibətləri barədə müxtəlif baxışlar mövcuddur. Bəziləri bu dostluğu “özülündən qüsurlu” dostluq kimi xarakterizə edirlər. ABŞ-ın nüfuzlu ekspertləri, xüsusən məşhur politoloq Cozef Nay da bu qənaətdədir. Onlar güman edirlər ki, Rusiya ilə Çin arasındakı yaxınlaşma “hesablanmış evlilik”, “qarşılıqlı inamsızlıq” əsasında qurulub. “Wall Street Journal” nəşrində dərc edilən bir məqalədə Rusiya ilə Çin arasındakı strateji tərəfdaşlığın uzunmüddətli olmayacağı əminliklə bildirilir.
Rusiya-Çin münasibətlərinə ikinci baxış tərəfdarları isə iki ölkə arasındakı əməkdaşlığı “qüdrətli güc”ə bənzədirlər. Onlar əminliklə iddia edirlər ki, güclü ittifaq yaradan Moskva ilə Pekin artıq ABŞ hakimiyyətinə problem yaratmaqdadır. Bütün bu yaşananları amerikalı alim Qilbert Rozman “Soyuq müharibədən sonra ortaya çıxan yeni geosiyasi xüsusiyyət” kimi xarakterizə edir. Onlara görə, bu iki ölkənin qlobal ambisiyaları var. Hər iki dövlət arasında rəqabət olsa belə, bu, iki ölkə arasında sıx əməkdaşlığı istisna etmir. Əməkdaşlıq isə həqiqətən genişlənməkdədir. Bunun üçün iki ölkənin Aralıq, Cənubi Çin və Yapon dənizində keçirdikləri birgə hərbi-dəniz təlimlərini xatırlamaq kifayətdir. İqtisadi sahədə də iki ölkə arasında böyük planlar həyata keçirilir. Yeni İpək Yolu layihəsinin Avrasiya İqtisadi İttifaqına birləşməsi gələcəkdə Avrasiyanı tam inteqrasiya etməyi nəzərdə tutur. “Foreign Affairs” yazır ki, Rusiya ilə Çin arasında əməkdaşlığın bəzi aspektləri ABŞ-ın maraqlarını təhdid edir. Məsələn, Pekin və Moskva "kiber suverenlik" konsepsiyasına üstünlük veririlər. Rusiyanın Çinə müasir tipli “S-400” sistemlərini verməsi Asiya-Sakit okeanı regionunda ABŞ-ın gələcək hərbi planlarını çətinləşdirir. Eyni zamanda qeyd edilir ki, iki ölkə arasındakı əməkdaşlıq bəzi hallarda Amerikanın maraqlarına da cavab verir. Buna misal olaraq, hər iki ölkənin İranla aparılan son nüvə sövdələşməsindəki əməyi qeyd edilir. Bundan əlavə Rusiya və Çinin Asiyanın iqtisadi inkişafı ilə birgə məşğul olması da ABŞ-ın maraqlarına uyğundur. Ekspertlərin bir qismi hesab edir ki, Amerika Birləşmiş Ştatları üçün Çin-Rusiya əməkdaşlığı qeyri-müəyyəndir. Bəzi amerikalı analitiklər güman edirlər ki, ik ölkə arasındakı əməkdaşlıq davamlı olmayacaq, ona görə də ABŞ-ın xərc çəkərək əks-reaksiya verməsinə dəyməz. Digərləri isə əksini düşünür. Əslində, bu, yenidən “soyuq müharibə” strategiyasına qayıtmaq deməkdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info