Bakı-Tbilisi-Qars dəmir yolunu təbliğ edən motoyürüş
Tarix: 20.08.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov “Baku HOG Azerbaijan” klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə keçirilən “Böyük Yolun Yolçuları” adlı motoyürüşün iştirakçıları ilə
görüşüb.

Motoyürüş iştirakçılarını təbrik edən Baş nazirin müavini Abid Şərifov ilk dəfə reallaşan bu layihənin həm çətin, həm də şərəfli və məsuliyyətli olduğunu bildirib. Motoyürüşün Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsinin böyük rəmzi məna daşıdığını deyən Baş nazirin müavini dəmir yolu xəttinin strateji əhəmiyyətindən bəhs edib. “Baku HOG Azerbaijan” qrupunun rəhbəri Vahid Mustafayev layihə barədə məlumat verərək bildirib ki, motoyürüşə müxtəlif sahələrdə çalışan 7 iştirakçı qatılıb. Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə gerçəkləşən, gürcü və türk baykerlərinin də qoşulduğu yürüşün müddəti iki gün olub. Layihənin iştirakçıları bu müddət ərzində 1500 kilometr məsafə qət ediblər. Yürüşdə əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolunun təbliği olub.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Gəncədə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 10 milyon manat ayrılıb
26.09.2018
Avropa İttifaqı Azərbaycana tam dəstək verəcək
26.09.2018
Putin Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək
26.09.2018
Süd məhsulları ixracı artacaq
26.09.2018
Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışı olub- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info