Mingəçevirə yeni mənbədən içməli suyun verilməsi təmin edilib
Tarix: 20.08.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsi yekunlaşıb. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb.

“İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatıb və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilib. Təmizləyici qurğunun ikinci mərhələsinin tikintisi başa çatdıqdan sonra Mingəçevir şəhəri ilə yanaşı, Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq”, -deyə məlumatda vurğulanıb. Layihə çərçivəsində şəhərin içməli su şəbəkəsi üzrə işlərin 80%-ə yaxını icra edilib, tikintisi nəzərdə tutulan 270 km olan şəhərdaxili şəbəkənin 205 km-lik hissəsində işlər başa çatdırılıb. Yeni şəbəkədən 15 minə yaxın ev birləşməsi verilib, 8 minə qədər abonent smart sayğacla təmin olunub. İstehlakçıları dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir şəhərinin relyef baxımından yüksək ərazisində ümumi tutumu 20 min kubmetr olan anbar kompleksinin, su şəbəkəsinin tikintisi və sayğaclaşma işləri hazırda davam etdirilir. Şəhər üzrə layihələndirilmiş 234 km kanalizasiya şəbəkəsinin 84 km-lik hissəsində işlər yekunlaşıb. Bundan başqa, çirkab suların idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib. Bunun nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb. Mingəçevir şəhərində yaranacaq tullantı sularının Yevlax rayonu ərazisində tikiləcək və məhsuldarlığı sutkada 60 min kubmetr layihələndirilmiş təmizləyici qurğuda zərərsizləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, gələcəkdə Yevlax şəhərinin tullantı suları da bu təmizləyici qurğuya ötürüləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info