Azərbaycana yeni teplovoz gətirilib
Tarix: 20.08.2015 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Qazaxıstandan Azərbaycana yük qatarı üçün yeni teplovoz gətirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, bu teplovoz tamamilə yenidir və Qazaxıstan-ABŞ birgə istehsalıdır. Teplovozlar ABŞ-ın "General Motors" (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb. İki ölkə arasında imzalanan müqaviləyə əsasən, Azərbaycana ümumilikdə 10 yük teplovozunun gətirilməsi nəzərdə tutulur. Bir teplovozun gücü 3 min 500 at gücünə bərabərdir. Yaxın vaxtlarda Gəncəyə də Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək. Bu barədə məlumat verən Gəncə lokomotiv deposunun rəisi Əsgər Şirinov deyib ki, hazırda Gəncə deposunda 10 ədəd V-8, 5 ədəd V-11, 9 ədəd V-10 tipli teplovoz var. Onların da hamısı, demək olar ki, istismar müddətini başa çatdırıb. Gəncə deposunu müasir elektrovozlarla təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fransa şirkəti arasında ilkin razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info