Tərcümə Mərkəzi qeyri-rezidentlər üçün dil kurslarına qəbul elan edir
Tarix: 20.08.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Tərcümə Mərkəzi növbəti mövsümdə qeyri-rezidentlər (Azərbaycanda yaşayan xarici vətəndaşlar) üçün dil kurslarına qəbul elan edir.
Mərkəzdən verilən məlumata görə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin (Azərbaycanda yaşayan xarici vətəndaşların) Azərbaycan dilini düzgün və daha rahat şəkildə mənimsəmələri məqsədilə dil kurslarına qəbul elan edir.
Kursun aidiyyatlı qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur.
Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər, əsasən, şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir.
Kursların başlanğıc tarixi: – sentyabr 2015
Müddəti: – 5 ay
Məşğələlərin sayı: – Həftədə 2 dəfə
Dərs müddəti: 1,5 saat
Kursların keçirildiyi ünvan: Tərcümə Mərkəzinin inzibati binasi (Əlimərdan Topçubaşov küçəsi, 74.)
Kursların aylıq ödənişi: 100 AZN
Kurslara qeydiyyata düşmək üçün sənədlər aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.
Kurslara qeydiyyat üçün lazım olan sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info