Almaniyada polislərlə qaçqınlar arasında qarşıdurma olub
Tarix: 20.08.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Təqribən 50 qaçqın Almaniyanın federal torpağı Turinqdə polisə hücum edib. Toqquşma zamanı 13 nəfər xəsarət alıb. “RIA Novosti”nin verdiyi məlumata əsasən, bu barədə “Focus” qəzeti xəbər yayıb.
Erfurt şəhərinin polis əməkdaşı bildirib ki, iğtişaş çərşənbə günü Zul şəhərində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş sığınacaqda başlayıb. Miqrantlardan birinin Quranın səhifələrini cırmağa başlaması ən azı 20 qaçqını özündən çıxardıb. Sonra bu qrupa daha 30 nəfər qoşulub.
Miqrantların dini hisslərinə toxunan kişi mühafizə postunda gizlənməyə çalışsa da, qəzəblənən kütlə onun ardınca düşüb. Tezliklə hadisə yerinə yerli polis əməkdaşları gəlib və kütlənin diqqətini özünə cəlb edib. Qaçqınlar polisə daş atmağa başlayıb.
Qəzet bildirir ki, hadisə nəticəsində ən az 3 polis əməkdaşı xəsarət alıb, polis avtomobillərinə ciddi ziyan dəyib.
Toqquşma 4 saata yaxın davam edib. Münaqişənin aradan qaldırılması üçün yaxınlıqdakı şəhərlərdən polislər cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info