YAP Mərkəzi Seçki Qərargahı Şirvanda müşavirə keçirib
Tarix: 20.08.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Mil-Muğan bölgəsi üzrə rayon şöbələrinin növbəti parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib. Şirvan şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Şirvan şəhər, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Beyləqan, Füzuli, Xocavənd və Cəbrayıl rayon şöbələrinin üzvləri iştirak ediblər.
Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək YAP-ın Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi hazırlaşdığını bildirib. Əli Əhmədov deyib ki, YAP əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də bütün gücünü və resurslarını səfərbər edib. Partiyanın bütün yerli strukturları, fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunub.
Son parlament seçkilərindən keçən müddət ərzində ölkəmizdə həyatın bütün sahələrində böyük inkişaf baş verdiyini söyləyən YAP sədrinin müavini qazanılan möhtəşəm uğurların əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, seçkilərdə inamlı qələbə qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Partiyanın bu prinsipə daim sadiq qaldığını bildirən Əli Əhmədov YAP-ın böyük insan potensialının seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. “Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahları üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik insanlardır. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində də siz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insan potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiya üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”, - deyə Əli Əhmədov qeyd edib.
Müşavirədə, həmçinin bir sıra rayon təşkilatları sədrlərinin hesabat xarakterli çıxışları dinlənilib və müzakirələr aparılıb. Sonda Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə Milli Məclisin deputatı Hadı Rəcəbli iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ətraf mühitin problemləri və onların həlli yolları müzakirə edilib
20.02.2019
Qaraciyəri bərpa etməyin sadə və ucuz üsulu
20.02.2019
İslamda millət və din anlayışı
20.02.2019
Narkotik vasitələrin sərhəddən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb
20.02.2019
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info