Astarada yüksək bal toplayan məzunlarla görüş olub
Tarix: 20.08.2015 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Avqustun 20-də Astara Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev imtahanlarda yüksək nəticə göstərmiş gəncləri təbrik edib. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açan Q.Ağayev son illər rayonda 34 yeni məktəbin inşa edildiyini bildirib. Yeni tədris ilində Artupa və Sım kənd tam orta məktəbləri üçün tikilən məktəb binalarının istifadəyə veriləcəyi, Prezidentin Sərəncamı ilə ayrılmış vəsait hesabına Astara şəhər 2 nömrəli tam orta məktəbinin əsaslı təmir edildiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, bu il Astara rayonundan ali məktəblərə sənəd verən məzunlardan 182 nəfəri ali, 62 nəfəri isə orta-ixtisas məktəblərinə qəbul olunub. Tələbə adını qazanan gənclərdən 7 nəfəri 600-dən, 26 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məzunlardan 15-i təhsillərini hərbi məktəblərdə davam etdirəcək.
Görüşdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplayan məzunlara fəxri fərmanlar və pul mükafatları verilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib
18.02.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb
18.02.2019
Ötən il Azərbaycanda 2752-i əkiz, 117 üçəm doğulub
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info