İran KİV-i: “Rusiya bizim üçün ən çətin günlərdə yanımızda olub”
Tarix: 20.08.2015 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“İran üzərindən beynəlxalq sanksiyaların qaldırılması şəraitində qarşılıqlı əməkdaşlıq daha faydalı olacaq”

İran kütləvi informasiya vasitələri Rusiyaya dəstək xarakterli yazılarla çıxış edir. Məsələn, İran KİV-i qeyd edir ki, Rusiya bizim üçün ən çətin günlərdə yanımızda olub.
İranın “Keyhan” nəşri qeyd edir ki, Səudiyyə Ərəbistanının Rusiyanı Suriyaya dəstək verdiyinə görə iqtisadi baxımdan “cəzalandırmaq” üçün neftin qiymətini endirməsi bu ölkənin özünü yaxın zamanda iqtisadi və siyasi baxımdan çətin vəziyyətdə qoya bilər. Yazıda Qərbdə çıxan ərəbdilli nəşrlərə istinadən qeyd edilir ki, Səudiyyə Ərəbistanının hərbi yox, siyasi mövqedən çıxış edərək silah alınması üçün çoxmilyardlı müqavilələr imzalaması və bunları neft hasil edilməsilə artırması prosesi bu varlı ölkənin özünə də asan başa gəlməyib: “Ölkə büdcəsində kəsir artıq bu il 145 milyard dollara çatıb. Bu isə onun iqtisadiyyatı üçün müəyyən yüklənmələrə səbəb ola bilər. Ər-Riyadın dünyada neftin qiymətinin aşağı salınmasına cəhd etməsi, neft hasil edilməsi üzrə dünya lideri olan bu ölkənin özünü tələyə salmaqdadır. Buna görə də ölkə rəhbərliyi vəziyyəti dəyişmək üçün seçim etməli olacaq”.

“Səudiyyə Ərəbistanının büdcəsində kəsir artıq bu il 145 milyard dollara çatıb. Bu isə onun iqtisadiyyatı üçün müəyyən yüklənmələrə səbəb ola bilər”

Daha sonra İranın “Javan” portalı qeyd edir ki, Rusiya Xarici İşlər Nazirliyində son vaxtlar çox dinamik olan Rusiya-İran siyasi dialoqunun “intensifikasiyası” gözlənilir.
Burada əsas predmet Yaxın Şərqdəki situasiya, o cümlədən Suriyadakı vəziyyət, tərəflərin birgə addımları, İran nüvə proqramı ilə bağlı məsələ və sairdir. Qeyd edilir ki, Rusiya üçün olduqca vacib önəm kəsb edən məsələ müxtəlif sahələrdə iki ölkə əməkdaşlığının artırılması və eləcə də regional problemlərə baxışda İranla ümumi mövqeyə malik olmaqdır.
“Hamshahri” nəşri yazır ki, hər iki ölkə Suriya, Yəmən, İraq kimi region ölkələrində baş verən problemlərin həlli üçün ümumi mövqedən çıxış edirlər.
“Khorasan” media qurumu isə qeyd edib ki, Rusiya ən çətin günlərdə İrana dəstək verib və ölkənin yanında olub: “İran üzərindən beynəlxalq sanksiyaların qaldırılması şəraitində isə qarşılıqlı əməkdaşlıq daha da faydalı olacaq”.


İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info