Qazax tengesi də sürətlə dəyərini itirir
Tarix: 20.08.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Son vaxtlar dünyada baş verən iqtisadi böhran, neftin qiymətlərinin aşağı düşməsi ölkələrin iqtisadiyyatına və maliyyə sisteminə ciddi təsir göstərməkdədir. Xüsusilə büdcəsi əsasən neft və qazdan formalaşan ölkələr bu baxımdan çətin vəziyyətlə üzləşiblər. Belə ki, həmin ölkələrin əksəriyyətində milli valyuta dəyərdən düşməkdədir. Bu cür situasiya ilə üzləşən ölkələrdən biri isə Qazaxıstandır. Hazırda Qazaxıstanın milli valyutası olan tenge fond birjasında 26% dəyər itirdikdən sonra ölkə tengenin sərbəst kursuna keçib. Bundan başqa, Alma-Atanın əksər kommersiya bankları və valyuta dəyişmə məntəqələri fəaliyyətini dayandırıb. Belə ki, “Tengrinews” nəşrinin jurnalisti şəhərdə yalnız bir işləyən bankomat tapa bilib. Onun da qarşısında böyük insan kütləsi toplaşıb. İnsanlar tengeni dollar və avroya dəyişmək üçün uzun növbələrdə dayanıblar. Bankomatda avro və dollar tapmayanlar pullarını rubla dəyişiblər.
Xatırladaq ki, bir neçə gün öncə Nazarbayev bildirmişdi ki, iqtisadiyyatda baş verən dəyişikliklərə hazır olmaq lazımdır, xüsusən də neftin 30-40 dollar civarında olması təhlükısinə hazır olmalıyıq.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info