Ermənistanda problemlərin çoxalması intiharlara yol açır
Tarix: 20.08.2015 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Tamamilə iflasa uğrayan Ermənistanda sosial-iqtisadi problemlər getdikcə artır. Yaranmış vəziyyətdən çıxış yolu tapa bilməyən ermənilər ölkəni sürətlə tərk edirlər. Son aylarda Ermənistanda baş verən hadisələr əhalinin işğalçı ölkəni tərk etməsini bir qədər də sürətləndirib. AZƏRTAC xəbər verir ki, Ermənistan Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min nəfər tərk edib. Erməni mətbuatı isə bu rəqəmin ən azı 3 dəfə çox olduğunu bildirir. Ermənistanda sosial problemlər səbəbindən intihar hallarının da sayı artıb. İntihar edənlər arasında sahibkarlar da var. Ermənistanda mağazalar şəbəkəsinin sahibi Qevork Mkrtçyan özünü güllələyərək intihar edib. Buna səbəb onun həm öz ölkəsində, həm də xaricdə yığılıb qalan borcları olub. Ermənistan özü də borc içərisində boğulur. İşğalçı ölkənin yerli və xarici borcları 5 milyard dollara çatıb.
Bütün bunların fonunda Ermənistanda sosial-iqtisadi böhran getdikcə dərinləşir. Ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Burada orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Əvvəllər Ermənistanın mövcudluğu xarici yardımlardan asılı idisə, son dövrlər ölkə bundan da məhrum edilib. Analitiklər Ermənistanın ağır vəziyyətə düşməsində indiki hakimiyyəti günahlandırırlar. Məhz onların səriştəsiz siyasəti nəticəsində ölkənin uçuruma sürükləndiyi iddia olunur.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info