Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
Tarix: 20.08.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə Xədicə İsmaylovanın cinayət işi aralıq aktını hazırlamış Bakı şəhər Vergilər Departamentinin mütəxəssisi İmran Nurməmmədov şahid qismində yenidən dindirilib. O, aralıq aktında qeyd olunanları bir daha təsdiq edib. İ.Nurməmmədov bildirib ki, “Azadlıq” radiosunun Bakı Bürosuna vəsaitlər daxil olsa da, onun xərclənmə təyinatları göstərilməyib. Yəni daxil olan vəsaitin hansı məqsədlə və hansı işlərə yönəlməsi ilə bağlı sənədlər olmayıb. O, əlavə edib ki, 2008-ci il ərzində radionun Bakı Bürosu lisenziya olmadan qeyri-qanuni fəaliyyət göstərib. Bu da qeyri-qanuni sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir. Mütəxəssis Xədicə İsmayılovanın sualına cavabında isə qeyd edib ki, Büro rəhbəri kimi o, həmin dövrə təsadüf edən qanun pozuntularına görə cavabdehlik daşıyır.
Aralıq aktını hazırlamış digər mütəxəssis Elçin Əliyev də ifadə verərək aktda vergi və maliyyə pozuntuları ilə bağlı qeyd olunanları təsdiq etdiyini deyib.
Şahid ifadələri dindirildikdən sonra Xədicə İsmaylovanın vəkilləri aralıq aktının sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, aralıq aktı qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilib və dəqiq aparılıb. Ona görə də sübutların siyahıdan çıxarılması üçün heç bir əsas yoxdur. O, vəsatətin təmin olunmamasını istəyib. Hakim də vəkillərin bu vəsatətini təmin etməyib.
Bundan sonra hakim Ramella Allahevrdiyeva məhkəmə istintaqının başa çatdığını elan edib. Tərəflər buna etiraz etməyiblər.
Sonda dövlət ittihamçısı hakimdən çıxış üçün vaxt istəyib. Bunu nəzərə alaraq hakim avqustun 21-i saat 11:00-dək fasilə elan edib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info