“Azərbaycanı Malayziyada tanıtmaq üçün əlimizdən gələn hər şeyi edirik”
Tarix: 20.08.2015 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Sirac İmranoğlu: “Yaxın illərdə dünya iqtisadiyyatı, turizm bölgəsi və tədris üçün də insanlar Qərbdən Şərqə gedəcəklər”

Bu gün Azərbaycan gənclərinin səsi dünyanın hər tərəfindən gəlir. Ən ucqar ölkədə belə, təhsil alan gənclərimiz var. Elə budəfəki müsahibimiz Sirac İmranoglu da Azərbaycana uzaq olan ölkədə - Malayziyada təhsil alır. Qeyd edək ki, Sirac İmranoğlu Göyçay rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Eskisehir Anadolu Universitetinin Maliyyə fakültəsinə daxil olub. 2010-cu ildə ali təhsilini başa vurandan sonra Vətənə qayıdıb, hərbi xidmətdə olub. Daha sonra Malayziyanın Selangorda Universitetinin biznes administrasiyasında təhsilini davam etdirib və buranı 2015-ci ildə bitirib. Hazırda həmin universitetin doktoranturasında təhsil alır.

- Siz ilk ali təhsili Türkiyədə almısınız. Azərbaycan, Türkiyə və Malayziya təhsillərində hansı bənzər və fərli cəhətlər var?
-Uzun illərdir Azərbaycandan kənarda yaşadığım üçün buradakı ali təhsil sistemi ilə bağlı çox da bilgim yoxdur. Amma hesab edirəm ki, Azərbaycandakı təhsil sistemi heç də digər ölkələrdəki təhsil sistemindən geri qalmır. Mən yalnız Malayziya və Türkiyədəki təhsili qarşılaşdıra bilərəm. Belə ki, hər iki ölkədə universitetlərin kampusları gözəl olur, tələbə üçün imkanlar, təsislər yüksək səviyyədədir. Universitetlərdə aktivlik o qədər çoxdur ki, kampuslarda tələbə sıxılmağa imkan tapmır. Müəllim kollektivi işlərinə məsuliyyətlə yanaşırlar. Hər iki ölkədə tələbənin təhsili üçün maddi və mənəvi imkanlar qurulur. Fərqli cəhəti odur ki, Malayziyadakı universitetlər təhsil sistemlərində Amerika, İngiltərə, Avstraliyanın və digər qabaqcıl universitetlərin tədris proqramlarını izləyirlər.
-Malayziya Azərbaycana uzaq olan ölkədir. Bu ölkəyə təhsil almağa getməyə sizi nə vadar etdi?
-Əslində, Malayziyada oxumaq fikrim yox idi. Mən İngiltərədə təhsil almaq istəyirdim, hətta qəbul da olmuşdum, lakin iki dəfə viza üçün səfirliyə müraciət etməyimə baxmayaraq, bu, baş tutmadı. Belə ki, İngiltərədəki universitetin Malayziyadaki korpusunda oxumaq mənə təklif olundu. Mən də 5 saat internetdə Malayziyanı araşdırdıqdan sonra qəbul etdim, daha sonra bir il Malayziyada oxuduqdan sona İngiltərəyə getmək üçün imkanlar var idi. Malayziyaya getmək məqsədim isə bir müddət sonra oranı İngiltərəyə dəyişmək idi. Lakin Malayziyadakı təhsili çox bəyəndim. Bu, həm də mənim ixtisasım üzrə idi. Dünyanın ən yaxşı 3 ölkəsindən biri məhz bu ölkədir. Həm də İngiltərənin hava şəraitinə baxdığımız zaman Malayziya daha cazibədar gəlirdi. Hər zaman yay və isti olur. Soyuğu sevmirəm.
-Malayziya ilə Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsində bu ölkədə təhsil alan tələbələrin nə kimi rolu var?
-Biz, Azərbaycandan çox uzaqda yaşayan tələbələrdən daha şanslıyıq. Çünki bizim Malayziyada gözəl bir səfirliyimiz var. Biz tələbələr səfirliyimizlə bərabər Malayziyada Azərbaycanın bütün bayramlarını xarici vətəndaşlarla birlikdə qeyd edirik və Azərbaycanı Malayziyada həm ölkə olaraq, həm də adət-ənənələrini tanıtmaq üçün əlimizdən gələn hər şeyi edirik. Malayziyada olduğum 3 il ərzində səfirliyimizə bir çox tədbirlərdə kömək etmişik. Ən son isə tanınmış liseyin birində hər il keçirilən və bu il 49 ölkənin qatıldığı mədəniyyət festivalında həm adət-ənənəmizi, həm milli mətbəximizi, geyimlərimizi, həm milli brendlərimizi tədbirə gələnlərə tanıtdıq. Və ən sonda 49 ölkənin bayrağı ilə bərabər bizim bayraq da dalğalandı.
-Sizin elmi işinizin mövzusu nədir?
-Elmi işimin adı İslam maliyyəsi və bankları, mövzusu isə İslam banklarındakı kredit sisteminin İslam və şəriət qanunlarına uyğunsuzluğunun müştərilər üzərindəki faktorlarıdır. Doktorantura üçün də fərqli bir ölkə seçməməyimin səbəbi yuxarıda qeyd etdiyim kimi, bu ölkənin İslam iqtisadiyyatının 1960-cı illərə dayanan keçmişi və dünya üzərindəki 3 ölkədən biri olmasıdır.
-Yəqin ki, Malayziyada Azərbaycanı çox da tanımırlar?
- Malayziyada Azərbaycanı çox da tanımırlar, amma bəzi yaşlı insanlar bilirlər ki, Azərbaycan bir vaxtlar Sovet hökumətinin tərkibində olub. Bildiyimiz kimi, Azərbaycan sürətlə inkişaf edən ölkə olduğu üçün həm iqdisadi sahədə, həm də beynəlxalq arenalarda özünü tanıdır. Keçirdiyimiz beynəlxalq tədbirlər və Malayziya ilə etdiyimiz iqtisadi və neft sazişləri bunların bariz nümunələrindəndir.
-Bu ölkədə çoxmu həmyerlimiz təhsil alır?
-Demək olar ki, Malayziyada təhsil alan tələbə sayımız, heyiflər olsun ki, barmaqla sayılacaq qədər azdır. Tələbələrin az olmasının səbəbi, bəlkə də, Avropa və Amerikaya getmək istəmələrinin səbəbidir. Yaxın illərdə isə dünya iqtisadiyyatı, turistik bölgə və tədris üçün də insanlar Avropadan Asiyaya, yəni Qərbdən Şərqə gedəcəklər.
-Malayziya təhsilinin hansı cəhətlərini Azərbaycanda tətbiq etmək olar?
- Malayziya təhsilindən Azərbaycana tətbiq oluna biləcək cəhət qabaqcıl universitetlərin tədris proqramları və tələbələr üçün qurulan şərait ola bilər. Nə qədər bizim universitet müəllimlərimiz doktoranturanı xaricdə oxusalar, bir o qədər proses güclü gedər. Ən azından xarici ölkələrə 6 və ya 1 illik ezamiyyətlər başlanğıc üçün pis olmaz.
-Təhsillə bağlı növbəti planınız nədir?
-Təhsil barədə planım doktoranturanı layiqincə bitirmək və araşdırdığım sahənin mütəxəssisi olmaqdır. Bu sahəni çox sevirəm və həvəslə öyrənirəm.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info