Astarada tolerantlıqla bağlı tədbir keçirilib
Tarix: 21.08.2015 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Belə tədbirlərdən biri avqustun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Astara rayonu Pensər kəndi "Hacı Teymur" cümə məscidi dini icmasının "Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi" adlı layihəsi çərçivəsində Pensər kəndi "Cümə" məscidində keçirilib.
Əsas mövzusu "İslam dinində məzhəblərarası vəhdət" olan tədbirdə şiə və sünni mənsəbinin nümayəndələri iştirak edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov, AMEA-nın böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icmasının sədri Fariz Veysəlov, Pensər kəndi "Cümə" məscidi dini icmasının sədri Hüseynağa Nəsirov, Astara rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Xəlil Lətifov, Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Axundov və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. İslamın iki böyük məzhəbi arasındakı bəzi fərqlilikləri kənara qoyaraq ortaq İslam dəyərləri ətrafında birləşməyin vacibliyini vurğulayan şöbə müdiri bu işdə dini icmaların, din xadimlərinin, ruhanilərin üzərinə böyük məsuliyyət düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Pensər kəndi "Cümə" məscidi dini icmasının sədri və axundu Hüseynağa Nəsirov Pensər kəndindəki iki məscidin tarixindən danışıb və kənd əhalisinin məzhəbindən asılı olmayaraq hər zaman bir-birləri ilə mehriban yaşadıqlarını, cümə günlərində birgə namaz qıldıqlarını, dini ayin və mərasimləri birgə qeyd etdiklərini vurğulayıb.
AMEA-nın böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov çıxışı zamanı böyük İslam alimlərinin məzhəblər arasında birlik yaratmaq üçün atdıqları tarixi addımlardan danışıb. Yaxın Şərqdə baş verən prosesləri incələyən Aslan Həbibov bəzi qüvvələrin bu hadisələrə məzhəblər arasındakı savaş donu geyindirərək ictimaiyyətə təqdim etdiyini və beləliklə müsəlmanlar arasında məqsədli şəkildə ayrı-seçkilik yaratdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov bildirib ki, müsəlmanlar aralarındakı birliyi bariz şəkildə yalnız birgə ibadət zamanı daha qabarıq nümayiş etdirə bilərlər.
Tədbirin sonunda Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının sədri Fariz Veysəlov çıxış edərək bildirib ki, kəndin istər dindar, istərsə də qeyri-dindar əhalisi məzhəblər arasında heç bir fərq qoymayıb, Aşura günündə birlikdə ibadət ediblər.
Tədbirdə iştirak edən kənd sakinləri və ağsaqqallar dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncama görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info