YAP Şəmkir rayon təşkilatı seçkilərə hazırlaşır
Tarix: 21.08.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


2015-ci il Milli Məclisə seçkilərlə əlaqədar olaraq Seçki Qərargahının növbəti iclası keçirildi. Seçki Qərargahının və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev iclası açaraq vurğuladı ki, artıq parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının Aparatında 19 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın iclasında isə üzvlər arasında vəzifə bölgüsü aparılıb, qarşıdakı dövrdə görüləcək işlər müəyyənləşdirilib. Fəxrəddin Vəliyev qeyd etdi ki, Seçki Qərargahının öz işini YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyyələri rəhbər tutaraq qurub. Natiq qərargah üzvlərinin hər birinin məntəqələr üzrə görəcəyi işlərlə bağlı konkret tapşırıq və tövsiyələrini verdi. Təşkilat sədri qeyd etdi ki, bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət cənab Prezident, partiyamızın sədri İlham Əliyev tərəfindən uğurla aparılır və bu gün Azərbaycanın hər bir regionunda bizim hər birimizin öz seçicilərimiz qarşısında fəxarətlə danışacağımız böyük, uğurlu işlər görülüb. Həmçinin əvəllki seçkilərin müsbət təcrübəsindən faydalanaraq əldə edilmiş uğurlar bu seçkilərdə daha da artırılmalıdır.YAP Şəmkir rayon təşkilatı hər zaman olduğu kimi bu seçkilərdə də işin operativliyini təmin etmək üçün bütün imkanlardan maksimum istifadə edərək yüksək nəticələr əldə edəcək. Bundan əvvəlki seçkilərdə olduğu kimi YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası və Gənclər Birliyi qarşılıqlı, birgə olaraq fəaliyyət göstərirlər. Şəmkir rayon üzrə cəmi 111184 nəfər seçici 4 dairə üzrə, 107 seçki məntəqəsində səsvermədə iştirak edirlər. 33846 nəfər seçici 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə-33 məntəqədə,40588 nəfər seçici 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə,- 38 məntəqədə, 29995 nəfər seçici 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə- 29 məntəqədə və 6755 nəfər seçici 102 saylı Samux- Şəmkir seçki dairəsi üzrə -7 məntəqədə səsvermədə iştirak edirlər. Rayon təşkilatı seçki prosesində bütün seçicilərin əhatə olunduğu bir kampaniya həyata keçirmək üçün hər bir məntəqə üzrə 100 və 10 nəfərə təhkim olunmuş, məntəqə üzrə fəal olan şəxslərin bir mərkəzdən idarə olunan koordinasiyasını yaradıb.

Ş.Həsənli




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info