Naxçıvanda mülki müdafiə təlimi keçirilib
Tarix: 21.08.2015 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində “Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması zamanı sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbiri Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tağı Axundov açaraq təlimə hazırlıqla bağlı görülən işlər, sanitar epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının hazırlıq səviyyəsi, təminat və təchizat məsələləri barəsində ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova muxtar respublika ərazisində ehtimal olunan fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasında sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının qarşısına qoyulmuş vəzifələrdən, bununla bağlı keçirilən təlimin əhəmiyyətindən danışıb.
Təlimin rəhbəri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının hazırlığına qoyulan tələbləri diqqətə çatdırıb.
Təlimin birinci mərhələsində sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının və digər obyekt mülki müdafiə qüvvələrinin təchizatı və hazırlığı, ikinci mərhələdə isə 6 tədris yerində epidemiya əleyhinə səyyar dəstənin, epidemioloji kəşfiyyat qrupunun, toksikoloji, bakterioloji, qida və kommunal laboratoriyaların, eləcə də obyekt mülki müdafiə qüvvələrinin əməli fəaliyyəti yoxlanılıb.
Təlimə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun yerli qurumlarından 82 nəfər şəxsi heyət, 5 ədəd tibb, 1 ədəd xüsusi təyinatlı avtomobil cəlb olunub, müxtəlif təyinatlı tibbi avadanlıqlardan və cihazlardan istifadə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info