“The London Post” portalında Qarabağ münaqişəsi ilə bağlı analitik məqalə
Tarix: 21.08.2015 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


AZƏRTAC-ın Böyük Britaniyadakı xüsusi müxbiri Orxan İsmayılovun bu ölkənin “The London Post” xəbər portalında “Dağlıq Qarabağ: Biz münaqişəni həll edə bilərikmi?” sərlövhəli analitik məqaləsi dərc edilib.
Məqalədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” və britaniyalı jurnalist Thomas de Vaalın “Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yollarında” kitablarından mənbə olaraq istifadə edilib.
Yazıda oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, başlanma səbəbi, hazırkı vəziyyəti, tərəflərin mövqeyi və problemin həlli yolları haqqında məlumat verilir.
Analitik yazıda qeyd edilir ki, 30 ilə yaxındır Ermənistan-Azərbaycan münasibətləri Dağlıq Qarabağ münaqişəsinə görə korlanıb və Ermənistanın işğalçılıq siyasətinə görə iki ölkə arasında düşmənçilik və müharibə şəraiti yaranıb. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və hazırda ətraf yeddi rayonla ilə birgə Ermənistanın işğalı altındadır.
Yazıda münaqişənin 1988-ci ildən başlandığından, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasından, yüzlərlə həmvətənimizin qətlə yetirilməsindən bəhs edilir.
Daha sonra müəllif Xocalı faciəsinə toxunaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşiliklər haqqında məlumat verir.
Bildirilib ki, 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edilib. 1994-cü ildə tərəflər arasında atəşkəs elan edilməsinə baxmayaraq, cəbhə xəttində sakitlik Ermənistan tərəfindən dəfələrlə pozulub və bu gün də pozulmaqda davam edir.
Daha sonra müəllif “Beynəlxalq ictimaiyyət və təşkilatlar “dondurulmuş münaqişə” haqqında nə düşünür”, “Nəyə görə Azərbaycana və onun ərazi bütövlüyünə qarşı törədilən bu ədalətsizliyə 20 ildən artıqdır ki, göz yumulur” suallarına cavab axtarır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi 4 qətnamə nümunə göstərilir. Yazıda Dağlıq Qarabağın bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazi olaraq tanındığı bildirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitabına istinadla qeyd edilir ki, Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi, münaqişənin həllinin ildən-ilə uzanması həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın siyasi, iqtisadi inkişafına mənfi təsir göstərir. Münaqişə nəticəsində Ermənistan özünü regional layihələrdən təcrid edib.
Müəllif sonda yazır: “Ermənistanın liderləri və milli elitası dərk etməlidir ki, bu gün münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində həll edilir. Tarixi saxtalaşdırmaq Ermənistanı səhvlərini təkrar etməyə və regionun inkişafına mənfi təsir göstərməyə məcbur edir. Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkəcəksə bu, ilk növbədə onun özünün xeyrinə olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info