Prokuror Xədicə İsmayılovaya 9 il iş istədi
Tarix: 21.08.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Ramazan Hadıyev təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı R.Hadıyev X.İsmayılovaya qarşı irəli sürülən maddələr üzrə onun törətdiyi cinayət əməlləri haqqında məlumat verib. R.Hacıyev bildirib ki, X.İsmayılova “Azadlıq Radiosu”nun Bakı bürosuna rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vergidən yayınma hallarına yol verib. Belə ki, o, işçiləri qəsdən əmək müqaviləsi bağlamaqdan yayındırıb və onları daha çox xidmət müqaviləsi ilə işə cəlb edib. Lakin işçilərlə xidmət müqaviləsi bağlamasına baxmayaraq, onlar üçün əmək müqaviləsində nəzərdə tutulmuş iş şəraiti yaradılıb. X.İsmayılova əmək müqaviləsi üzrə nəzərdə tutulmuş 14 faizlik vergi deyil, xidmət müqaviləsi ilə nəzərdə tutulmuş verginin 4 faizlə ödənilməsinə nail olub. Bununla da o, dövlət büdcəsinə ödənilməli olan 10 faizlik vergidən yayınaraq, büdcəyə ziyan vurub. Eyni zamanda, “Azadlıq Radiosu”nun Bakı bürosuna verilmiş lisenziyanın müddəti 2007-ci ilin dekabrın 31-də başa çatıb. Lakin X.İsmayılovanın rəhbərlik etdiyi büro 2008-ci ilin müəyyən dövrü ərzində qanunsuz olaraq sahibkarlq fəaliyyəti göstərib.
Dövlət ittihamçısı həmçinin bildirib ki, X.İsmayılova xarici KİV-in Azərbaycandakı təmsilçisi olduğuna görə, Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməli və dövlət qeydiyyatına alınmalı olduğu halda, bunu etməyərək qanunsuz fəalyyətlə məşğul olub. Prokuror R.Hadıyev vurğulayıb ki, X.İsmayılova Tural Mustafayev adlı şəxsi həyatdan bezdirərək onu intihar etmək həddinə çatdırıb. Əvvəllər T.Mustafayevlə çox yaxın münasibətləri olan X.İsmayılova Rövşanə Rəhimova adlı qızla nişanlandığını bildikdən sonra ona qarşı münasibəti kəskin dəyişib. Belə ki, X.İsmayılova T.Mustafayevin ondan başqa hər hansı bir qadına münasibətinin olmamasını istəyirmiş. Bu hadisədən sonra T.Mustafayev “Azadlıq Radiosu”nun Bakı bürosundan işdən çıxmaq məcburiyyətində qalıb.
Dövlət İttihamçısının sözlərinə görə, T.Mustafayev X.İsmayılova ilə münasibətlərinin korlandığını görüb və "Onsuz da o məni “Azadlıq Radiosu”nun Bakı bürosunda işləməyə imkan verməyəcək" deyərək raiodan işdən çıxıb.
Daha sonra dövlət ittihamçısı bildirib ki, araşdırmalar zamanı müəyyən olunub ki, X.İsmayılova öz nüfuzundan və əlaqələrindən istifadə edərək T.Mustafayevin digər mətbuat orqanlarında işə düzəlməsinə və çalışmasına mane olaraq onu intihar etmək həddinə çatdırıb.
Dövlət ittihamçısı R.Hadıyev sadalanan cinayət əməllərinin istintaq zamanı sübuta yetirildiyini bildirib. O, X.İsmayılovanın bütün cinayət əməlləri toplanılaraq 9 il müddətinə azadlıqdan məhrum etmə və azadlıqdan məhrumetmə cəzasl bitdikdən sonra isə 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum etmə ilə cəzalandırılmasını istəyib.
Müdafiə tərəfi isə hakimdən çıxış üçün vaxt istəyib. Hakim avqustun 26-a qədər vaxt verib və növbəti məhkəmə prosesini həmin gün saat 11:00-a təyin edib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info