345 nəfər əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb olunub
Tarix: 21.08.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması diqqətdə saxlanılır. Bu istiqamətdə aparılan işlərin davamı kimi, cari ilin yanvar-iyul aylarında ƏƏSMN tərəfindən 345 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Onlardan 213 nəfəri ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) qəbul olunub. Mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclər burada eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər. Qalan 132 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar. Həmin insanlardan 48 nəfərini gözdən əlil şəxslər təşkil edib.
Kursları bitirən əlilliyi olan şəxslərə bu barədə müvafiq sertifikatlar verilir və yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər görülür. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında DMX tərəfindən ümumilikdə 1903 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info