CNN hökumətlərdən rüşvət alaraq dəhşətli faktları gizlədib
Tarix: 21.08.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


CNN-nin keçmiş işçisi və 3 dəfə Emmy mükafatı almış jurnalist Amber Lyon qalmaqallı faktları açıqlayıb.
ABŞ-ın məşhur xəbər kanalı CNN-nin keçmiş işçisi və 3 dəfə Emmy mükafatı almış jurnalist Amber Lyon, kanalın ABŞ hökuməti və xarici hökumətlərdən pul aldığını iddia edib.
Sputnik xəbər verir ki, jurnalistin iddiasına görə, CNN-ə yalnız müəyyən hadisələri işıqlandırması və bəzi xəbərlərin məzmununa nəzarət edə bilmək üçün davamlı olaraq pul ödənilir. “(Sputnik.az)
Lyon-un ən ciddi iddiası isə Ərəb Baharı ilə bağlı olub. Amber Lyon ərəb baharı dövründə Bəhreyndə bir çox maraqlı videolar çəkdiklərini, lakin yayımlanmaması qarşılığında Bəhreyn hökumətindən pul aldıqlarını etiraf edib. CNN-in Ərəb Baharını izləməsi üçün 4 nəfərlik bir qrupu Bəhreynə göndərdiyini deyən Lyon, qrupun ora ilk addım atdığı andan hədələndiyini, buna baxmayaraq, fantastik görüntülər çəkməyi bacardıqlarını bildirib.
Lyon keçmiş Milli Təhlükəsizlik Qurumunun (NSA) əməkdaşı Eduard Snoudenin sızdırdığı faktları xəbərə çevirən Qlinn Qrinvaldın əvvəllər işlədiyi Guardian qəzetindəki 4 sentyabr 2012-ci il tarixli xəbərini də iddialarının mənbəyi kimi göstərib. Qrinvaldın xəbərində deyilirdi: “Lyon fəallarla əlaqə yaratdı. Onlar hökümət qüvvələrinin əlində necə işgəncə gördüklərini və qohumlarının birdən-birə yoxa çıxarıldığını anlatdılar. Lyon hökumət səlahiyyətliləri ilə də görüşdü. Səlahiyyət sahibləri inqilab fəallarının həbsə atılmasının haqlı olduğunu göstərməyə çalışdılar. CNN-çilər xüsusilə rejim qüvvələrinin silahsız nümayişçilərə atəş açdığı və dinc nümayişçilərin həbs olunduğu tük ürpədən anları da qeydə almışdılar.”
Qeyd etmək lazımdır ki, CNN-in 2011-ci ildəki bu qeydləri Bəhreyndəki ABŞ-ın dəstəklədiyi rejimin zalımlığı və quldurluğunu göstərən ən sərt dəlillərdən sadəcə biridir. Ancaq jurnalistlərin və onların mənbələrinin üz-üzə qaldıqları təhlükələrə baxmayaraq, CNN bu görüntüləri heç yayımlamayıb. Öz işçiləri belə şikayətlənməyə başladılar, amma CNN rəhbərliyi bu verlişi yayınlamağı və bu qərarla bağlı açıqlama verməyi rədd edib. Lyon da Bəhreyndən qayıtdıqdan dərhal sonra rejimin iddialarının yalan olduğunu öz gözləri ilə gördüğünü söyləyib. “CNN-in hökumətin yalanları olduğunu bildiyim şeyləri xəbərimə daxil etməyimi istəməsinə inana bilmədim” – deyə Lyon əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info