Almaniya Federal Kəşfiyyat Xidmətində qalmaqal
Tarix: 21.08.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Almaniya Federal Kəşfiyyat Xidmətində qalmaqallar səngimir. “Süddeutsche Zeitung” qəzeti xəbər verir ki, ölkənin baş prokurorluğunun tələbi ilə Federal Kəşfiyyat Xidmətinın keçmiş agentinə vətənə xəyanət işi ilə bağlı ittiham irəli sürülüb. Prokurorluq tərəfindən hazırlanan iddianamədə 32 yaşlı Markus R. adlı sabiq agentin amerikanlara və ruslara gizlı sənədlər sızdırdığı ifadə olunub. Bu şəxsin uzun illər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işlədiyi və eyni zamanda Rusiyanın xüsusi xidmətləri ilə də işbirliyində olduğu iddia edilir. Xidməti fəaliyyət sirlərini ifşa etməkdə və rüşvət almaqda günahlandırılan keçmiş kəşfiyyat agentinin 2008-ci ildən etibarən Mərkəzi Kəşfiyyat İradəsinə iki yüzdən çox dövlət sirrinin əks olunduğu gizli sənədlər ötürdüyü və bunun müqabilində azı 95 min avro rüşvət aldığı bildirilir. Məlum olub ki, Markus R. Rusiyanın xüsusi xidmət orqanlarına və Münxen şəhərindəki baş konsulluğuna da gizli materiallar ötürüb. Almaniyanın milli və xarici təhlükəsizliyini zərbə altına qoyan təhlükəsizlik agenti 2014-cü ildən istintaq altında saxlanılır. Əgər ittiham sübuta yetərsə, onu 5 ildən ömürlük həbsədək cəza gözləyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib
19.04.2019
Notr-Dam kilsəsində alışmaya səbəb qısa qapanma olduğu ehtimal olunur
19.04.2019
Avropa Parlamentinin Çinə çağırışı
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info