“TAP və “Türk axını“ layihələri bir-birinə rəqib deyil”
Tarix: 21.08.2015 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


“Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə "Türk axını" layihələri bir-birinə rəqib deyil və hər iki layihə enerjinin şaxələndirilməsinə xidmət edir. Bu sözləri “Sputnik”ə müsahibəsində Yunanıstanın energetika naziri Panos Skourletis deyib. Hər iki layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutduğunu deyən nazir bu layihələri enerji təchizatı yollarının şaxələndirilməsi əsasında formalaşdırılmalı olduğunu bildirib. O qeyd edib ki, Yunanıstan hazırda iki iri enerji layihəsini dəstəkləyir – TAP və "Türk axını". “Cənub” qaz dəhlizinin bir hissəsi olan TAP boru kəməri Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşərək Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. “Türk axını” layihəsi ilə isə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması planlaşdırılır. TAP-ın bu layihədəki səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info