Paytaxta yeni səsli işıqforlar gətiriləcək
Tarix: 21.08.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin müxtəlif küçələrində gözdən əlillər üçün quraşdırılan səsli işıqforlar normal işləmir. Bu barədə Azərbaycan Gözdən Əlillər Cəmiyyətindən məlumat veriblər. Bildirilib ki, danışan işıqforlar görmə qüsurlu insanlara kömək etmək əvəzinə, problem yaradır. Belə ki, səsli işıqforlar yaşıl işıqda "dur", qırmızı işıqda "keç" sözlərini səsləndirir. Bundan əlavə, həmin işıqforların səsi də həddən artıq anlaşılmazdır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin "Siqnal idarəsi"nin sahə rəisi Nəriman İsrafilov məsələ ilə bağlı açıqlamasında bildirib ki, səsli işıqforlarla bağlı problem doğrudan da yaşanır. Bununla bağlı idarəyə şikayətlər də daxil olub. Yaxın günlərdə yeni səsli işıqforlar ölkəyə gətirilərək əvvəlkiləri əvəzləyəcək. Yeni işıqforlar insan yaxınlaşdığı zaman danışacaq. Qeyd edək ki, Azərbaycanda 420 min əlil var, onlardan 22,5 mini birinci qrup, o cümlədən 8,5 mini gözdən əlildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info