Leyla Yunus “regionda gərginliyin azaldılmasına” xidmət edirmiş...
Tarix: 21.08.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Bir çox beynəlxalq təşkilatların fəaliyyət göstərdikləri sahələr üzrə xaos və ədalətsizliklərin daha da artmasına səbəb olduqları barəsində çox yazılıb. Bunun səbəbi odur ki, həmin xarici qurumlar əslində müəyyən Qərb dairələrinin və mərkəzlərinin sifarişlərini yerinə yetirirlər və heç də fəaliyyət göstərdikləri sahələrdə problemlərin həllində həmişə maraqlı deyillər. Məhz onların ikili standartları və qərəzli yanaşmaları üzündən bu gün dünyada bir çox yerlərdə münaqişələr daha da alovlanır, kütləvi insan qətlləri artır, ölkələr dağılır və sair.
Bu baxımdan ATƏT Daimi Şurasının Vyanadakı toplantısı barədə bildirmək yerinə düşər. Həmin toplantıda ABŞ, Avropa İttifaqı, Kanada və Norveç nümayəndələri Azərbaycandakı hüquq və azadlıqlar barədə guya müzakirə aparıblar. Amma onların əsas mövzusu dövləti xəyanətə və antimilli əməllərinə görə həbs edilmiş, özlərinin “ərköyünü” olan Leyla Yunus barəsində olub. Belə ki, ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Azərbaycanda insan haqları və əsas azadlıqların vəziyyəti haqda danışarkən bildirib ki, Birləşmiş Ştatlar bir ildən artıqdır həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmündən ciddi narahatdır: “Görünür ki, bu hökm onların insan haqlarının qorunması, regionda gərginliyin azaldılması, insanlar arasında etimad yaradılmasına hesablanmış fəaliyyətlərilə bağlıdır”.
Ötən saylarımızda Leyla Yunusun erməni lobbisinin və təşkilatlarının maliyyə dəstəyilə Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi, fürsət düşdükcə ölkəmiz barəsində antiazərbaycan və erməni dairələrinə informasiyalar ötürdüyü, ölkədə hər hansı kampaniya və beynəlxalq tədbir zamanı, antiazərbaycan hesabatlar, aksiyalar və layihələr həyata keçikrdiyi və onun əri Arif Yunusla bağlı digər antiazərbaycan əməlləri barəsində dolğun şəkildə yazmışıq. Məsələn, faktlarla sübuta yetirilib ki, Yunusların Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Leyla Yunusun erməni qayını Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir. Həmçinin Leyla Yunus vaxtilə ölkənin müdafiə naziri olmuş Rəhim Qazıyevin məşuqəsi qiyafəsində ermənilərin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olub. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bundan başqa, o, ayrı-ayrı vaxtlarda Ermənistan, Rusiya və Qərbin xüsusi xidmət orqanları tərəfindən verbovka olunub və onun xidmətlərindən Azərbaycana qarşı istifadə edilib. Yaxud L.Yunus 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. O, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyaraq, qondarma “DQR”-i “müstəqil dövlət” kimi qələmə verib. L.Yunus Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. Bütün bu və sadalamadığımız digər faktlar Yunusların kim olduğunu tam çılpaqlığı ilə ortaya qoyur. Belə lduğu halda, Leyla və Arif Yunuslar hansı formada “regionda gərginliyin azaldılmasına” xidmət edə bilər? Təbii ki, Yunusların himayədarları onların əməllərinə don geyindirməyə çalışdıqları üçün bu əməlləri bu formada qələmə verməyi lazım bilirlər... Amma bu cür gülünc cəhdlərə baxmayaraq, Azərbaycan cəmiyyəti, vətəndaşları Leyla Yunus kimi Vətənimizə və cəmiyyətimizə xain çıxan insanlara qarşı barışmazdırlar. Çünki onlar bu cür adamların Azərbaycanı hara sürükləmək istədiyini çox yaxşı bilirlər.
Amma qeyd edək ki, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi də bu cür haqsız şəkildə müzakirələr aparılmasına qarşı çox tutarlı dəlillərlə cavab verib. O, toplantıda Azərbaycanda insan haqlarının vəziyyətinə dair məsələnin qaldırmasına etiraz edib. Qeyd olunub ki, ABŞ tərəfindən Daimi Şuranın xüsusi iclasında qaldırılan məsələ gündəliyə uyğun deyil. Nümayəndəmizin fikrincə, ölkədə ayrı-ayrı fərdlərə qarşı aparılan cinayət işlərinin bilərəkdən siyasiləşdirilməsi və məhkəmə proseslərini təhrif etmək cəhdlərini qınayır. Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabərdir və fəaliyyətlərinə görə bərabər məsuliyyət daşıyırlar. İnsan hüquqları müdafiəçisi və ya jurnalist olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. Bunun əksi isə qanunsuzluq olardı ki, bu da Azərbaycan üçün qəbuledilməzdir.
Nümayəndəmizin etirazında insan hüquqlarının müdafiəsi məsələsindən “5-ci kolon”un yaradılması və cəmiyyətdəki stabilliyin pozulması üçün sui-istifadə olunması faktı xüsusi qabardılıb. Qeyd edilib ki, insan hüquqlarının müdafiəsinin biznesə çevrilməsi və ondan əldə olunan gəlirlərin şəxsi bank hesablarına köçürülməsi narahatlıq doğurur. Daha sonra ABŞ, Avropa İttifaqı, Kanada və Norveç kimi dövlətlər 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların doğma torpaqlarına qayıtması və əmlakları üzərində hüquqlarının bərpa edilməsi məsələsində eyni həssaslığı göstərməyə çağırılıb. Diqqətə çatdırılıb ki, bu cür hokumətlər Kəlbəcərdə - öz rayonunda əsir götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qalmış, üzərlərində qeyri-qanuni məhkəmə prosesləri keçirilərək barələrində müvafiq olaraq ömürlük və 22 illik həbs cəzası çıxarılan iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də prinsipial yanaşma olmalıdır. Təəssüf ki, ABŞ,Avropa İttifaqı, Kanada, Norveç biz bu məsələni Daimi Şurada qaldıranda daim səssiz qalıblar. Azərbaycan cəmiyyəti üçün bu nümayəndə heyətlərinin yanaşması iki standartların bariz nümunəsidir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info