“Çin valyutasının ucuzlaşması Asiya ölkələrini təzyiq altında saxlayır”
Tarix: 22.08.2015 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Lars Kristensen: “Valyutaların kursunda baş verən dəyişikliklərə baxmayaraq, 1997-ci il böhranının təkrarlanması ehtimalı azdır”

Xammalın qiymətlərinin çökməsi, dolların möhkəmlənməsi və Çin iqtisadiyyatının artım templərinin azalması fonunda inkişaf etməkdə olan ölkələrdə təxminən 40 faizlik eniş müşahidə edilir. Bu azalma daha çox Malayziya, Vyetnam, Tailand və İndoneziya kimi ölkələrin timsalında daha bariz şəkildə nəzərə çarpır. Qeyd edilməlidir ki, 1997-ci il hadisələrini xatırladan oxşar böhran həmin dövrdə ağır sosial-iqtisadi məhrumiyyətlərlə yadda qalmışdı. Tarix yenidən təkrarlanırmı?
“Atlantico” nəşrinin “Saxo Bank” investisiya bankının qurucularından olan Lars Kristensenlə müzakirəsi də bu mövzudadır. İndiki vəziyyətlə 1997-ci ildəki Asiya böhranını müqayisə edən Lars Kristensen etiraf edir ki, inkişaf etməkdə olan ölkələrin bazarlarında hazırda çətin anlar yaşanır. Bu, ABŞ-ın valyuta şərtlərini sərtləşdirməsi və Çində iqtisadi inkişafda nəzərə çarpan yavaşlamanın nəticəsidir. Digər tərəfdən inkişaf etməkdə olan ölkələrdə ixracın azalması qeydə alınır. Bu vəziyyət inkişaf etməkdə olan bazarların valyutasına, əsasən də Çin və Braziliya kimi ölkələrə böyük təzyiqlər yaradır. Çətin vəziyyət Çinin istehsal bazarları ilə birbaşa rəqabət aparan Koreya və Vyetnam kimi ölkələrdən də yan keçmir. Məhz bu səpkidən yanaşsaq, həqiqətən də yaranmış vəziyyətin 1997-ci ildə Asiya böhranı ilə oxşarlıqlarını görmək olar. Buna baxmayaraq, burada bir çox ciddi fərqlər də nəzərə çarpmaqdadır.


2009-cu ilin martından sonra Çin iqtisadiyyatı ən aşağı səviyyədədir

Belə ki, hazırda əksər Asiya ölkələrinin az-çox üzən valyuta məzənnələri var və bu o deməkdir ki, xarici zərbələr zamanı daxili valyuta məzənnəsinin azaldılması kəskin də olmasa, tədricən özünü göstərir. Əgər bu ölkələr valyuta devalvasiyasına imkan verməsələr, bu halda Asiya böhranının təkrarlanma riski minimal ola bilər. Əlbəttə, bu zərbələrin zəif olacağı barədə mühakimə yürütmək də sadəlövhlük olardı. Əslində, inkişaf etməkdə olan ölkələrdəki artımın ən ciddi enişi 2008-ci ildə olub. Saytın gələcəkdə bu ölkələri təhdid edə biləcək risklər və bu risklərdən qorunmaq barədə sualına Kristensen cavab olaraq bildirib ki, inkişaf etməkdə olan ölkələr xarici tələbin və ixrac imkanlarının azalması fonunda valyutalarının ucuzlaşmasına şərait yaradırlar. Lakin onlardan fərqli olaraq, Braziliya kimi ölkələrdə “üzən kurs”la bağlı qorxu var. Başqa sözlə, bu ölkələr sərt valyuta siyasəti tətbiq etməklə iqtisadi artıma nail olmaq istəyirlər. Kristensen qeyd edib ki, Çin dünyada ikinci ən böyük iqtisadiyyata sahib olmaqla yanaşı, nəhəng xammal idxalçısıdır. Ona görə də, Braziliya və Cənubi Afrika Respublikası kimi ölkələr Çin iqtisadiyyatındakı vəziyyətdən asılıdırlar. Qeyd edilir ki, Yaponiya və Cənubi Koreya kimi ölkələr Çinə rəqib olsalar da, bu ölkəyə mal ixrac edirlər. Çin valyutasının ucuzlaşması Asiya ölkələrini təzyiq altında saxlayır. Kristensenin fikrincə, valyutaların kursunda baş verən dəyişikliklərə baxmayaraq, 1997-ci il böhranının təkrarlanması ehtimalı azdır. Qeyd edək ki, 2009-cu ilin martından sonra Çin iqtisadiyyatı ən aşağı səviyyədədir. 2009-cu ildə başlanan qlobal maliyyə böhranının vurduğu zərbədən sonra dünyanın ikinci ən güclü iqtisadiyyatına malik ölkə hələ də özünə gələ bilməyib. Mütəxəssislərin fikrincə, qarşıdakı bir neçə il ərzində ölkənin iqtisadi vəziyyəti heç də ürəkaçan olmayacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info