Valideynlik hüququndan məhrumetmə hansı hallarda mümkündür?
Tarix: 04.02.2013 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Son vaxtlar Azərbaycanın ailə institutunun təməllərində zəiflik müşahidə olunmaqdadır. Adı çəkilən problemlər isə özünü boşanma hallarının sayının artmasında göstərir. Bu isə son nəticədə ailədə uşaqların psixi inkişafına mənfi təsirsiz ötüşmür. Qeyd olunan problemlə əlaqədar son vaxtlar aktual olan məsələlərdən biri də məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə hallarıdır. "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin hüquqşünası Fərhad Nəcəfov “Trend”ə bildirib ki, valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə yolu ilə mümkündür. Əslində qanunvericiliyimiz "valideynlik hüquqlarından məhrumetmə" anlayışı altında həm ananın, həm də atanın bu hüquqlardan məhrum edilməsi şərtlərini bərabər əsaslar üzrə müəyyən edib.
Nəcəfovun sözlərinə görə, əvvəlki praktikadan fərqli olaraq 2000-ci ildən qüvvəyə minmiş Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetməyə əsas olan halların siyahısı genişləndirilib. Məcəlləyə əsasən, məhkəmə belə işlərə baxarkən valideynlər tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi, alimentin qəsdən ödənilməməsi, valideynlik hüququndan sui-istifadə edilməsi, uşaqlara qarşı məişət zorakılığının törədilməsi, uşaqların və ya ərin (arvadın) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayətin törədilməsi və s. halları nəzərə almalıdır.
Nəcəfovun sözlərinə görə, məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən, onların iştirakı ilə baxır. Məhkəmə belə işlərə baxarkən valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.
Hüquqşünas qeyd edir ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.
"Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Konstitusiyamıza görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Yəni burada uşaqlara qayğı göstərilməsi ilə bağlı valideyinlərə münasibətdə ayrı-seçkiliyə yol verilməmişdir",-deyə o vurğulayıb.
Hüquqşünas deyir ki, qanunverici valideynlərin hər ikisinə də bərabər yanaşma nümayiş etdirsə də, təcrübədə ananın valideynlik hüququndan məhrum edilməsi məsələsində məhkəmələr təbii hüququn prinsipləri baxımından adətən ananın mövqeyinə həssaslıqla yanaşırlar. Əslində, məhkəmələrimiz tərəfindən anaya qarşı bu cür yumşaq yanaşma ölkəmizdə 2007-ci ilədək qüvvədə olmuş Ali Məhkəmənin Plenumunun "Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında" 1976-cı il 29 dekabr tarixli nümunəvi qərarının gətirdiyi məhkəmə praktikası ilə bağlıdır.
Həmin qərarda qeyd olunurdu ki, məhkəmələr belə işlərə baxarkən valideynlərin bərabər şəraitə malik olduqları hallar zamanı azyaşlı uşaqların, xüsusilə məktəb yaşına çatmamış uşaqların ana qayğısı və nəvazişinə ehtiyacları olduğu nəzərə almalıdırlar.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info