YAP Mərkəzi Seçki Qərargahı Gəncədə zona müşavirəsi keçirib
Tarix: 24.08.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Göygöl rayon şöbələri üzvlərinin iştirakı ilə keçirilən müşavirədə əvvəlcə YAP Gəncə şəhər və Qazax rayon təşkilatları rəhbərlərinin seçkilərə hazırlıqla bağlı hesabat xarakterli məlumatları dinlənilib. Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb edilib.Yeni Azərbaycan Partiyasının indiyədək keçirilən bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanacağına inamını ifadə edən Əli Əhmədov qeyd edib ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirib və beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutur. Dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bizi uğurlu gələcəyə aparır. Dövlətimizin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, beynəlxalq aləm inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir və öyrənilməsinin vacibliyini bildirir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar iqtisadiyyatımızın şaxələndirilməsini reallığa çevirib. Nəticədə son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Əlbəttə, bu rəqəmin arxasında güclü siyasət dayanır. Əhalinin həyat səviyyəsi ildən-ilə yüksəlir. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların uzun illərdən bəri çəkdiyi əziyyətlərə son qoyub. Onların həyatının keyfiyyətcə dəyişməsi gələcəyə olan ümidlərini artırıb. Ən əsası isə Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb. Respublikada 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, xüsusilə gənclər və qadınlarla aparılan işin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, partiyanın üzvləri bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər.
Sonda Əli Əhmədov seçkilərin mütəşəkkil keçməsi üçün YAP Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri üzvlərinə tapşırıq və tövsiyələrini verib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov müşavirədə iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info