Poroşenkodan Rusiyaya ağır ittihamlar
Tarix: 24.08.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Bu gün Ukraynanın müstəqilliyinin 24-cü ildönümüdür.
“112.ua” saytının verdiyi məlumata görə, əsas bayram tədbirləri Kiyevin mərkəzindəki Kreşşatikdə təşkil olunub. Burada 2,3 min əsgərin iştirakı ilə Müstəqillik Marşı keçirilib.
Prezident Pyotr Poroşenko Müstəqillik Marşında nitq söyləyib. O, çıxışının çox hissəsini Donbasdakı müharibəyə həsr edib. P. Poroşenko Rusiya təcavüzü nəticəsində indiyə qədər 2100 Ukrayna hərbçisinin həlak olduğunu deyib: “Müstəqillik Günü İlovaysk ətrafındakı dəhşətli faciənin ildönümü ilə üst-üstə düşür. Bu faciə məhz Rusiya qoşunlarının Ukrayna ərazisinə birbaşa müdaxiləsinin nəticəsi idi. Düz bir il vaxt keçib, amma bu yara sağalmayıb, ağrı keçməyib. Ümumən isə qonşu dövlətin təcavüzü təxminən 2100 döyüşçümüzün həyatına son qoyub”. (Xatırladaq ki, bir il əvvəl Ukrayna qoşunları Donetsk vilayətinin İlovaysk şəhəri ətrafında mühasirəyə düşüb. Nəticədə 366 hərbçi həlak olub, 429-u yaralanıb.)
P. Poroşenko bildirib ki, hazırda Donbasın işğal olunmuş ərazilərində təxminən 40 min nəfər silahlı var ki, onlardan 9 mini Rusiya hərbçiləridir. Ukrayna sərhədinə cəmləşdirilmiş Rusiya ordu hissələri isə 50 min nəfərdən ibarətdir. Dövlət başçısı Rusiyanın Ukraynanın dərinliklərinə birbaşa hərbi müdaxilə ideyasından vaz keçmədiyini söyləyib. O, Ukraynada həyata keçirilən 6 səfərbərlik zamanı 210 min nəfərin hərbi xidmətə çağırıldığını nəzərə çatdırıb. Prezident silahlı qüvvələrin yeni hərbi texnika və vasitələrlə təminatının davam etdiyini, ilin sonuna qədər orduya daha 300 ədəd zirehli hərbi texnika, 400 hərbi maşın, 30 min raket və döyüş sursatı veriləcəyini açıqlayıb.
P. Poroşenko çıxışından sonra Müstəqillik meydanına toplaşan insanlarla söhbət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info