Bu yol yeni görkəmdə sürücülərin ixtiyarına verildi
Tarix: 24.08.2015 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Uzun müddətdir ki, yolun hərəkət hissəsi sıradan çıxmış Yasamal rayonu Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Burda təmir-tikinti işləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilib.
Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Təmir-tikinti işləri yolun Bəxtiyar Vahabzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasındakı olan hissəsində, 520 metrlik ərazidə aparılıb. Burda köhnə asfalt-beton örtüyünün üst qatı yeni örtüklə əvəzlənib. Sözügedən ərazinin təqribən 6500 kvadrat metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülərək yeniləri ilə əvəzlənir. Bura ümumilikdə 2500 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
Hazırda küçənin digər hissəsində, daha dəqiqi Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında olan ərazidə təmir-tikinti işləri davam etdirlir. Ərazi yeni asfalt-beton örtüyünün döşənməsi üçün artıq hazır vəziyyətə gətirilib. Ümumilikdə Əhməd Cəmil küçəsinin 14500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Təmir-tikinti işləri şəxsən Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Buğdanın idxalı və satışı, un ilə çörəyin isə istehsalı və satışı 2020-ci ilədək vergidən azad olunacaq
18.04.2019
Cəbhə zonasında yerləşən raket bölmələrinin döyüş atışlı məşğələləri keçirilib
18.04.2019
Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya dair müzakirələr aparılacaq
18.04.2019
Dövlət Gömrük Komitəsinin məlumatı
18.04.2019
Vüsal Qasımlı VİSA İnternational şirkətinin nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info