Azərbaycanda insan ayağı dəyməyən yerlərdə şəlalələr aşkarlandı
Tarix: 24.08.2015 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Tovuzda uca dağların zirvəsində 7 şəlalə tapılıb. İnsan ayağı dəyməyən məkan rayonun Çobansıxnaq kəndinin yaxınlığında yerləşir. Yerli tədqiqatçı Cəlaləddin Qasımov çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək bu əsrarəngiz təbiət möcüzəsini aşkarlayıb. Kənd ağsaqqalları dağlarda bir şəlalənin olduğunu eşitdiklərini desələr də, tədqiqatçı ərazidə 7 şəlalə görüb.Cəlaləddin Qasımov bildirib ki, şəlalələrin ən hündürü 35, ən kiçiyi isə 10 metr məsafədən tökülür. Dərin dərələrdən adlayan, insan ayağı dəyməyən dolaylardan keçən tədqiqatçı 25 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana yetişib.Şəlalə yerləşən ərazi sıldırım qayalıqlar əhatəsində olduğundan demək olar ki, bura insan ayağı dəyməyib. Elə yerli sakinlər də bu təbiət gözəlliyindən xəbərsiz olublar. Hündür qayalıqlardan axıb gələn su Zəyəm çayına tökülür. Həm yerli, həm xarici turistlərin diqqətini çəkə biləcək bu məkan gələcəkdə kənd turizminin inkişafında böyük rol oynaya bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info