Balaxanı yolu təmir olunaraq yeni görkəm aldı
Tarix: 24.08.2015 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Uzun müddətdir təmir olunmayan Balaxanı yolu tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Burda təmir işləri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində aparılıb.Balaxanı yolunda aparılan təmir işləri şəxsən Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq qısa müddət ərzində yekunlaşdırılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə səfərbər olunmuşdu. Yolda nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılıb.Ümumilikdə sözügedən yolun 4 kilometrlik hissəsinin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra yola 30 min kvadrat metr yeni asfalt-beton örtüyü döşənib. Nəticədə uzun müddətdir ki, təmir olunmadığı üçün sıradan çıxmış yol tam yeni görkəm alıb. Hazırda nəqliyyat vasitələri rahat şəkildə bu yolda istifadə edə bilirlər.Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir işləri Mehdiabad qəsəbəsinin giriş hissəsində də aparılıb. Bu ərazidə də yolun hərəkət hissəsi uzun müddətdir ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Balaxanı və Binəqədi yollarının, Mehdiabad qəsəbəsinə şəhərdən gələn yolun və qəsəbənin daxili yolunun birləşdiyi hissədə 5 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla da sözügedən ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info