“AXCP-də olan insanların gözünü açmaq istəyirik”
Tarix: 24.08.2015 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


“Biz avqustun 19-da əsl AXCP-ni bərpa edəcəyimizi elan etdikdən sonra hər gün bizə qoşulanlar olur və bu proses davam edir. Bizə gələn mesajlar da ondan ibarətdir ki, Əli Kərimlinin diktaturasından bezən üzvlər yaxın günlərdə daha böyük axınla bizim tərəfimizə keçəcəklər”. Bunu AXCP sədrinin sabiq müavini Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, artıq üzvlər həqiqəti görür: “Biz AXCP-də olan insanların gözünü açmaq istəyirik, həqiqətləri onlara söyləyirik. Onlar da artıq faktları görməyə başlayıblar. Ə.Kərimli AXCP-ni əvvəlki kimi idarə edə bilmir, partiya üzvləri onun göstərişlərini artıq yerinə yetirmirlər”. R.Nurullayevin sözlərinə görə, Ə.Kərimli partiya üzvlərinə hədə-qorxu gəlir: “O, partiya üzvlərinə göstəriş verir ki, hər kəs bizi təhqir etsin, bizim haqqımızda nə isə yazsın. Ə.Kərimli üzvlərə hədə-qorxu gəlir ki, kim onun göstərişinə əməl etməsə, cəzalandırılacaq”. Sabiq müavin qeyd edib ki, Ə.Kərmli repressiya metodlarından istifadə edir, partiya üzvlərinə qarşı mənəvi terrorla məşğuldur: “Sentyabr ayının sonlarında biz qurultay keçirməyi planlaşdırırıq və ondan sonra hüquqi təmsilçiliklə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Biz əminik ki, Ədliyyə Nazirliyi də bu hüququ bizə verəcək və Azərbaycanda Ə.Kərimli dönəmi bitəcək”. Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıb. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.
Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks təqdirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info