Elçin Quliyevin Rusiyaya səfəri başa çatıb
Tarix: 24.08.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun dəvəti ilə cari ilin 20-22 avqust tarixlərində RF-nin Moskva və Kazan şəhərlərində rəsmi səfərdə olub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, tədbir çərçivəsində keçirilmiş görüşlərdə nümayəndə heyətləri arasında Azərbaycan – Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, əməkdaşlığın əsasını təşkil edən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.
Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında əldə olunan qarşılıqlı əlaqənin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətinin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyi vurğulanıb.
Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlərin xarakterini müzakirə etmiş və dövlət sərhədində şəraitə təsir göstərən əsas faktorlar kimi sərhədyanı rayonlarda terror aktlarının törədilməsi cəhdlərini, qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin, silah və sursatın dövlət sərhədindən qanunsuz daşınması, habelə qeyri-leqal miqrasiya ilə əlaqəli olan mütəşəkkil dəstələrin və ayrı-ayrı şəxslərin qanunsuz fəaliyyətini qeyd ediblər. Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu imzalanıb.
Avqust ayının 21-də tədbir iştirakçıları Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov tərəfindən qəbul edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Zelenodolsk şəhərində yerləşən gəmiqayırma zavodu, habelə Kazan və Bulqar şəhərlərinin mədəni-tarixi abidələri ilə tanış olublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info