Azərbaycan daimi nümayəndəliyindən BMT ekspertlərinin bəyanatına etiraz
Tarix: 24.08.2015 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın Cenevrədəki BMTofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi insan haqları üzrə bir qrup BMT ekspertinin 20 avqust tarixində Azərbaycan barədə yaydığı bəyanata münasibət bildirib. Nümayəndəlik bu bəyanatı əsassız və qeyri-obyektiv adlandırıb. Daimi nümayəndəlik birinci instansiya məhkəməsinin hökmü ilə bağlı dəqiq məlumat əldə etmədən BMT-nin insan hüquqları ekspertlərinin bəyanat verməsindən dərin narahatlıq keçirdiyini bildirib: “Fundamental insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların maraqları çərçivəsində qanunun aliliyinin təmin olunması hökumətin prioritet vəzifəsidir. Konkret cinayət aktları törədən şəxslər məhkəmə qarşısına çıxarılıblar və bütün cinayət işləri obyektiv şəkildə, qanunvericiliyə tam uyğun və Azərbaycanın beynəlxalq öhdəlikləri əsasında həyata keçirilib. Azərbaycan hüquq cəmiyyət qurmaq istiqamətində qətiyyətlə irəliləyir. Qanunun aliliyinin əsas prinsiplərindən biri budur ki, bütün insanlar qanun qarşısında bərabərdirlər. Bu, özünü insan hüquqları müdafiəçisi adlandıraraq cinayət törədən şəxslərə də aiddir. İnsan haqları məsələsi qeyri-qanunu fəaliyyətlə məşğul olmağa haqq qazandırmır. Daimi nümayəndəlik Leyla Yunus və Arif Yunusla bağlı 13 avqust tarixli məhkəmə hökmünün mahiyyətini qəsdən təhrif etmək kimi cəhdləri pisləyir”. Daimi nümayəndəlik hesab edir ki, konkret məhkəmə qərarları və cinayət işləri ilə bağlı dəqiq məlumatlar əldə etmədən qeyri-obyektiv ictimai bəyanatlar vermək, o cümlədən cinayət işi və məhkəmə qərarlarını siyasiləşdirmək məhkəmə işinə birbaşa müdaxilədir və qanunun aliliyinə təzyiqdir ki, bu da qəbuledilməzdir: "BMT insan haqları ekspertlərini mandatları çərçivəsində müstəqil və məsuliyyətli şəkildə fəaliyyət göstərməyə və Azərbaycana qarşı qarayaxma kampaniyalarına cəlb olunmaq səylərini dəf etməyə çağırırıq. Azərbaycan Respublikası insan hüquqları və azadlıqlarının qorunması və təbliği prinsipinə sadiqdir və BMT insan haqları ekspertlərini hazırkı əməkdaşlığı konstruktiv ruhda davam etdirməyə dəvət edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info