“Radikal müxalifət partiyaların sədrləri düşmən ölkənin lobbisi tərəfindən təlimatlar gözləyirlər”
Tarix: 24.08.2015 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


“Bəzi siyasi partiya sədrləri və rəsmiləri cəmiyyətdə siyasətçi kimi tanınmaqdan çox, “siyasi biznesmen” kimi tanınırlar. Öz siyasi konsepsiyası , platforması olmayan, xarici ölkələrin xüsusi xidmət orqanlarına kəşfiyyatçılıq edən partiya sədrləri hakimiyyətə gəlməkdən ötəri elektoratın gücünü əldə etmək üçün deyil, hansısa ölkənin xüsusi xidmət orqanının, “rəngli inqilab”ları təşkil edən fondların nə qədər maliyə ayırmasını düşünürlər”. Bu fikirləri Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev deyib.
Politoloq qeyd edib ki, bu insanlar 5-ci kalon olmaqdan ötə heç nəyə nail ola bilmirlər: “Əslində ölkəmizdə kifayət qədər siyasi partiya var. Amma bu gün bir neçə siyasi partiyadan başqa heç biri noyabrda keçiriləcək parlament seçkilərinə dair hazırlıqlar aparmır. Yeni, müasir dövrün tələblərinə uyğun konsepsiyalar, platformalar ortaya qoymaq əvəzinə başqa işlərlə məşğuldurlar. Əgər ölkədə keçirilən hər hansı bir seçkidə fəaliyyətləri ilə gündəmi zəbt edə bilmirlərsə, o zaman bu cür siyasi partiyalar nəyə lazımdır? Onların bir çoxunun işi seçki zamanı ölkəmizdə olan bəzi ölkələrin səfərliklərinin təlimatlarını həyata keçirməkdən ibarətdir. Radikal müxalifət partiyalarının sədrləri oturub həm xarici dairələrdə olan himayədarlarından, həm də düşmən ölkənin lobbisi tərəfindən təlimatlar gözləyirlər. Bunun müqabilində onlara ayrılacaq maliyyəni necə bölüşəcəklərini müzakirə edirlər. Bu baxımdan da hesab edirəm ki, bunların fəaliyyəti ümumiyyətlə dayandırılmalıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info