“İran və Azərbaycan arasında yaxşı ticarət əlaqələri var”
Tarix: 24.08.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


"İranın əsas siyasəti qonşu ölkələrlə əlaqələrin gücləndirilməsidir və bir çox qonşu ölkələrimizlə qarşılıqlı mənfəət və əməkdaşlıq siyasətinin müvəffəqiyyətlə yürüdülməsinin şahidiyik". Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ölkəsində Dövlət həftəsinin başlaması münasibəti ilə verdiyi açıqlamasında deyib. M.Pakayin İran və Azərbaycan arasında olan əlaqələrin inkişafını digər qonşu ölkələr üçün nümunə olduğunu vurğulayaraq deyib ki, ölkənin diplomatik korpusu Bakı-Tehran arasında müsbət əlaqələrin inkişafına təsir edə biləcək bəzi məsələləri həll edə bilib və əməkdaşlıq üçün mövcud potensiallardan istifadə edərək iki ölkə arasında qarşılıqlı inam və sabit atmosfer yarada bilib. M.Pakayin qeyd edib ki, Qafqaz regionu stratejik mövqeyə malik regiondur və Qafqazın önəmli ölkələsi kimi Azərbaycanla İranın əlaqələrinin yaxın olması Prezident Həsən Ruhani hökumətinin xarici siyasətində əldə etdiyi nailiyyətlərdən biridir.
M.Pakayin bildirib ki, son iki ildə ölkənin diplomatik korpusunun əsas proritet məsələsi nüvə müzakirələri idi, lakin buna baxmayaraq qonşu ölkələrlə, o cümlədən, Azərbaycanla siyasi, mədəni və iqtisadi əlaqələrin inkişafı üçün də zəmin yaradıldı.
İranın Azərbaycandakı səfiri sonra əlavə edib ki, ötən iki il ərzində iqtisadi əlaqələrin inkişafı Azərbaycan və İran arasında prioritet məsələ oldu və bu qeyri-neft sektorunda ticarətin ötən illərlə müqayisədə daha da artmasına zəmin yaratdı: “Neft mübadiləsi davam etdirildi. Şahdənizdə qaz layihəsində investisiya, viza rejiminin sadələşdirilməsi, İran vətəndaşları üçün Naxçıvanla sərhədlərdə vizanın verilməsi, xərclərin azaldılması, gömrük məsələlərinin tənzimlənməsi, xüsusi ilə Biləsuvar sərhəd-keçid məntəqəsinin yeni binasının açılması məsələlərini nailiyyət kimi qeyd edə bilərik. Bundan başqa, sərhədlərdə bəzi problemlərin həlli, Culfa körpüsünün açılması, Qəzvin-Rəşt-Astara dəmir yolunun təkmilləşdirilməsi məqsədilə İran, Azərbaycan və Rusiya dəmir yol idarələri arasında sənədin imzalanmasını da uğurumuz kimi söyləmək istəyirəm. İki ölkənin özəl şirkətləri arasında əlaqələrin inkişafı, İran avtomobillərinin Azərbaycana ixracı, elektrik enerjisinin mübadiləsi, Azərbaycan turistlərinin İrana səfəri və s. uğurlar iki ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdəndir”.
M.Pakayin vurğulayıb ki, iki ölkə rəsmilərinin son bir il ərzində qarşılıqlı səfərlərinin təşkili göstərib ki, Azərbaycan və İran qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır və əlaqələrin inkişafı milli mənafenin təmin edilməsi və regionda sabitlik yaradılması ilə yanaşı, hər iki ölkəni stratejik müttəfiqə çevirə bilər: “İran və Azərbaycan arasında yaxşı ticarət əlaqələri var. Bununla yanaşı, ölkələrimiz həm də regionda mövcud olan təhlükələrin həlli üçün proqramlar hazırlayıb və icra etməklə regionda sülh və sabitliyin təminatçısına çevrilə bilərlər”.
Qeyd edək ki, İran təqvimində yer almış Dövlət Həftəsi 33 il öncə Tehranda baş nazirin iqamətgahında baş vermiş terror hadisəsində öldürülən prezident Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahünərinin xatirələrini anmaq üçün keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info