Şəmkirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib
Tarix: 24.08.2015 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Avqustun 24-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açıb. DQİDK-nın sədri Mübariz Qurbanlı “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaslı, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək İslamın yad təsirlərdən qorunmasında, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıblar.
Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi İslam dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirilib. İclasda komitənin sədr müavini Səyavuş Heydərovun “Dini ekstremizmlə mübarizə”, şöbə müdiri Ruslan Əsgərovun “Sosial mediada din təbliğatı”, sektor müdiri Anar Əlizadənin “Azərbaycanda missionerlik fəaliyyəti” mövzularında məruzələri dinlənilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info