“Çində baş verən “Qara bazar ertəsi”ndən sonra Avropa səhmləri dəyər itirməkdədir”
Tarix: 24.08.2015 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Bu baxımdan səhmləri ən çox aşağı düşən dağ-mədən sənayesi şirkətləridir”

Çin səhmləri 2007-ci ildən bəri özünün ən pis durumuna çatandan sonra Avropa fond bazarları da tənəzzülə uğramağa başlayıb. Bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri yazır. Qeyd edilir ki, Çin səhmlərində müşahidə edilən bu cür aşağı enmələr dünyanın ikinci ən böyük iqtisadiyyatı barədə qorxunc təsəvvürlər yaradıb. Bildirilir ki, Böyük Britaniya səhmləri də bundan təsirlənərək dəyərini itirib. Belə ki, 2013-cü ilin əvvəlindən bəri ilk dəfə olaraq Britaniya səhmləri 6000 səviyyəsindən aşağı düşüb. Bu isə FTSE 100 indeksində 3 faizlik aşağı düşməyə görə 5,995 nöqtəsinə enmə nəticəsində baş verib.
Bu baxımdan səhmləri ən çox aşağı düşən dağ-mədən sənayesi şirkətləridir. Belə ki, onlar Çin fabriklərindən öz məhsulları üçün tələbata arxayın olan şirkətlərdir.
Beləliklə, “Anglo American”, “Glencore”, “Fresnillo” və “BHP Billiton” kimi qurumların hamısı səhm sahəsində 5 faiz itiriblər. Almaniyanın Dax indeksi də 3 faiz dəyərini itirib. Fransanın CAC indeksi isə 2.7 faiz aşağı düşüb.
Beləliklə, Avropa səhmləri Bazar ertəsi Çin səhm bazarından mütəmadi gələn hay-küylü və əndişəli xəbərlərdən sonra düşməyə başlayıb. Səhmlər yavaş-yavaş batır və Avropa ölkələrinin səhm indeksləri bu ilin başlanğıcından başlayaraq, bütün gəlirlərini itirir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Belçikanın baş naziri istefa verdi
19.12.2018
Gürcüstan “Boinq” konserni üçün ehtiyat hissələr istehsal edəcək
18.12.2018
Yaponiyada dəmir yolu stansiyasında robot-nəzarətçi sınaqdan keçirilib
18.12.2018
Fransada “Sarı jilet”lərdən sonra polis də etiraz aksiyasına çağırışlar edir
18.12.2018
BMT Baş Assambleyası Qaçqınlar haqqında Qlobal Saziş qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info