Təhsil sisteminin kompyuterləşməsi hələ istənilən səviyyədə deyil
Tarix: 04.02.2013 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


“Əfsuslar olsun ki, Azərbaycanın orta məktəblərində hələ də mövcud texniki avadanlıqdan istifadə etmədən informatika və digər dərslərin keçirilməsinin şahidi oluruq”. Bunu Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyib. Onun sözlərinə görə, maliyyə çatışmazlığı səbəbindən təhsil sisteminin kompyuterləşməsi hələ istənilən səviyyədə olmasa da, məktəblərin əksəriyyətində kompyuter sinifləri var. Həmin məktəblərdə nəinki informatika dərslərini, həmçinin digər dərsləri keçirmək mümkündür: “Ancaq pedaqoji kadrlar və bəzi məktəblərin rəhbərliyi arasında məsuliyyətini tam anlamayanlara rast gəlinir. Biz bu ətalətin aradan qaldırılması istiqamətində davamlı iş aparırıq. Əsas məqsədimiz kompyuterləşməni kompyuterləşmə naminə deyil, tədris üçün effektiv alət kimi təqdim etməkdir. Əgər bu ətalətin öhdəsindən gəlsək, onda informasiyalaşdırma prosesinin effektivliyini dəfələrlə yüksəltmiş olarıq. Məktəb rəhbərliyi başa düşməlidir ki, informatika dərsləri hər bir məktəbliyə XXI əsrin ən effektiv inkişaf aləti sayılan yüksək texnologiyalara açar verir. Bu fənnə yanaşma son dərəcə ciddi olmalıdır. Azərbaycan orta təhsil sistemində elə bir şərait yaranıb ki, informatika fənninin digər dərslərə sinergetik təsiri var. Texnologiyaları yaxşı bilən tələbə digər dərslərdə bu praktik biliklərini istifadə edə bilər və daha dərin biliklər əldə edə bilər”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info