Karateçilərimiz beynəlxalq yarışı 13 medalla başa vurub
Tarix: 24.08.2015 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


İranın Urmiya şəhərində keçirilən 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vuran Azərbaycan karateçiləri yarışın sonuncu günündə daha 5 medala sahib olublar.
Azərbaycan Milli Karate Federasiyasından bildiriblər ki, Niyazi Əliyev (67 kq) ilə Asiman Qurbanlı (84 kq-dan yuxarı) şəxsi yarışlarda, Rafiq Əmirov katada, müxtəlif yaş qruplarından ibarət heyət katada, milli komandanın əsas və əvəzedicilərindən ibarət heyəti isə komanda kumite yarışlarında bürünc medal qazanıblar. Gənclərdən ibarət heyət iranlı həmyaşıdları ilə komanda yarışlarında bürünc medal uğrunda həlledici görüşdə hakimlərin ədalətsiz qərarı ilə üzləşiblər. Pənah Abdullayev (84 kq) fərdi yarışlarda bürünc medal uğrunda qarşılaşmada hesabda irəli olsa da, başından aldığı ağır zərbə nəticəsində mübarizəni davam etdirə bilməyərək medalsız qalıb. Beləliklə, ənənəvi Urmiya kubokunda iştirak edən Azərbaycan karateçiləri 2 qızıl, 1 gümüş və 10 bürünc medalla 7 ölkə arasında ümumi komanda hesabında İran və Türkiyədən sonra üçüncü nəticə göstəriblər.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info