Şah Abbas karvansarayının bərpası başa çatmaq üzrədir
Tarix: 25.08.2015 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə öz müasirliyi ilə yanaşı, tarixi abidələri ilə də xarici turistlərin diqqətini cəlb edir. Belə abidələrdən biri də XVII əsrdə inşa edilən, memarı Şeyx Bəhaəddin İsfahani olan Şah Abbas karvansarayıdır. Şəhərin mərkəzində yerləşən karvansarayda artıq 4 ildir ki, təmir-bərpa işləri aparılır.
Abidədə əsas tikinti və bərkitmə işləri yekunlaşıb. Hazırda tikilinin daxilində restavrasiya işləri aparılır. Tikinti-bərpa işlərində Şəkidə istehsal olunan bir milyon ədəd qırmızı kərpic işlədilib. İş icraçısı Şakir Əliyev deyib ki, təmir-bərpa işlərində XVII əsrdə olduğu kimi, əsasən əhəng və qum qarışığından istifadə edilir. Abidənin təbii aşınmalardan qorunması üçün tikili xüsusi şəffaf maye ilə izolyasiya olunub. Bundan başqa, sovetlər dönəmində bir neçə dəfə yöndəmsiz təmirə məruz qalan karvansarayın tarixiliyini qorumaq məqsədilə əvvəllər inşa edilən əlavə tikililər sökülüb. İş icraçısı onu da qeyd etdi ki, tarixi abidənin restavrasiyası zamanı maraqlı məqamlar üzə çıxıb. Burada aşkarlanan döşəməaltı istilik sistemi Azərbaycan memarlarının zəngin biliyə malik olduqlarını deməyə əsas verir. Bundan başqa, karvansaraydan eyni dövrün yadigarları olan Çökək Hamama və Şah Abbas məscidinə yeraltı yol olub. Lakin müasir binaların tikintisi zamanı bu yolların əksəriyyəti sıradan çıxıb. Öz unikal memarlıq üslubuna görə seçilən abidədə təmir-bərpa işləri başa çatdıqdan sonra ondan otel kimi istifadə olunması nəzərdə tutulur. Beləliklə də gələn il Gəncəyə gələn xarici turistlər bu tarixi abidə ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info