Şimali və Cənubi Koreya arasında danışıqlar bərpa olunub
Tarix: 25.08.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Koreya Xalq Demokratik Respublikası (KXDR-Şimali Koreya) və Cənubi Koreya arasında danışıqlar bərpa edilib. Cənubi Koreyanın YTN telekanalı xəbər verir ki, hərbi qarşıdurmanın səngidilməsi məqsədilə aparılan danışıqlar bağlı qapılar arxasında keçirilir. Danışıqların məzmunu açıqlanmır.
Danışıqlarda Cənubi Koreyadan prezidentin təhlükəsizlik məsələləri katibi Kim Hvan Çjin və milli birlik üzrə nazir Hon Yon Pxye, KXDR tərəfdən isə Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəhbəri Hvan Byon So və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin birlik məsələləri üzrə şöbəsinin rəhbəri Kim Yan Qon iştirak edir. Şimali və Cənubi Koreya arasında yaranan böhranın nizamlanması məqsədilə danışıqlar 10 saat davam edəndən sonra fasilə verilmişdi.
Qeyd edək ki, Koreya yarımadasında vəziyyət avqustun 20-də gərginləşib. Cənubi Koreya bəyan edib ki, ABŞ-la birgə hərbi təlimlər keçirilən zaman KXDR ərazisindən artilleriya atəşinə məruz qalıb. Cənubi Koreya artilleriyası atəş nöqtəsinə cavab zərbələri endirib. Şimali Koreya isə öz növbəsində bəyan edib ki, Cənubi Koreya heç bir səbəb olmadan atəş açıb. Nəticədə tərəflər bir-birini təxribatda ittiham edərək, qisas alacaqları ilə hədələyib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info