Almaniyalı deputat: “Ermənistanın hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır”
Tarix: 04.02.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


“Ermənistanın hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır. BMT Təhlükəsizlik Şurası dörd qətnaməsi ilə Ermənistan qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasına məxsus olduğunu bildirir. Almaniya Federativ Respublikası bu qəti mövqeni dəstəkləyir”.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, bu barədə Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından millət vəkili, Beynəlxalq münasibətlər komitəsinin üzvü, Almaniyanın sabiq federal iqtisadiyyat naziri Mixael Qlos Ermənistanın Xocalı aeroportu barədə planlarına dair sualı cavablandırarkən deyib.
Ərazi bütövlüyü prinsipinin şübhə altına qoyulmamalı olduğunu deyən almaniyalı deputat qeyd edib ki, əks halda, qaçqınlar qayıdışlarına ümidlərini itirəcəklər: “Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş ərazilər o insanların vətənidir. Qüvvələr bu ərazilərdən çıxmalıdır”
M.Qlos vurğulayıb ki, Azərbaycanın regional əhəmiyyəti Avropa İttifaqı səviyyəsində xüsusilə qeyd olunur.
“2010-cu ildən başlayaraq Aİ bu dövlətlə assosiasiya sazişi üzrə danışıqlar aparır. Bundan əlavə, bu region Avropa və Almaniyanın enerji təhlükəsizliyi baxımından xüsusilə vacibdir. İşğal olunmuş rayonlarla bağlı bu münaqişənin sülh yolu ilə həlli daha böyük sabitlik və təhlükəsizliyə hərtərəfli dəstək olacaq”,-deyə o diqqətə çatdırıb.
M.Qlos hesab edir ki, sülh prosesi çətinliklə irəliləyir, çünki münaqişə tərəfləri arasında qarşılıqlı etibar sarsıdılıb: “Hazırda yeni gərginlik Xocalı aeroportunun açılması planlarına görə yaranıb. Məqsəd həll yolunun tapılmasındansa, münaqişəni alovlandıran Ermənistanın Dağlıq Qarabağ iddialarını möhkəmləndirməkdir”.
ASIF




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info