Gəncədə zona müşavirəsi
Tarix: 25.08.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


YAP Mərkəzi Seçki Qərargahı Gəncədə zona müşavirəsi keçirib. Göygöl rayon şöbələri üzvlərinin iştirakı ilə keçirilən müşavirədə əvvəlcə YAP Gəncə şəhər və Qazax rayon təşkilatları rəhbərlərinin seçkilərə hazırlıqla bağlı hesabat xarakterli məlumatları dinlənilib.
Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb edilib. Yeni Azərbaycan Partiyasının indiyədək keçirilən bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanacağına inamını ifadə edən Əli Əhmədov qeyd edib ki, bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirib və beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutur. Respublikada 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, xüsusilə gənclər və qadınlarla aparılan işin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, partiyanın üzvləri bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər. Sonda Əli Əhmədov seçkilərin mütəşəkkil keçməsi üçün YAP Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri üzvlərinə tapşırıq və tövsiyələrini verib. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov müşavirədə iştirak ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info