“Mehriban Əliyeva böyük istedada və dünyagörüşünə malik çox dinamik insandır”
Tarix: 25.08.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Azərbaycanın birinci xanımı, ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük istedada və dünyagörüşünə malik çox dinamik insandır”. Bunu müsahibəsində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. O bildirib ki, Mehriban Əliyeva həmişə dialoq və mədəniyyətlərarası qarşılıqlı münasibətlərin tərəfdarı olub. ISESKO-nun baş direktoru qeyd edib ki, Mehriban Əliyevanın Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Foruma göstərdiyi dəstək forumun nəcib məqsədlərinə çatmaqda əsas amillərdəndir: “Bütün əvvəlki forumlarda iştirak etmək şərəfinə layiq görülmüşəm və deyə bilərəm ki, onların hamısı yaxşı təşkil olunmuş, məhsuldar keçmiş və dünyanın bir çox yüksək vəzifəli xadimlərini cəlb etmişdir”. Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Birinci Avropa Oyunlarının keçirilməsində Mehriban Əliyevanın rolunu vurğulayıb: “I Avropa Oyunları uğurla keçirildi və Azərbaycanın belə böyük tədbirləri təşkil edə bilmək qabiliyyətini göstərdi. Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri və onun komandası Oyunlarda iştirak edən və yarışları ekranlardan izləyənləri heyrətə salan, bütün dünyanın marağına səbəb olan tədbir nümayiş etdirə bildi”. O bildirib ki, bu tarixi tədbirdə fəxri qonaqlar arasında olmaq şərəfinə layiq görülüb və bir çoxları kimi mərasimin gözəlliyi və mükəmməlliyinə heyran qalıb.
Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Vatikanda Müqəddəs Taxt-Tac ilə bağlı layihələrdə Mehriban Əliyevanın iştirakını yüksək qiymətləndirib: “O, dialoq, inkişaf və humanitar fəaliyyətin bir çox sahələrində çalışır və Müqəddəs Taxt-Tac ilə bağlıl layihələrdə iştirak etməsi, bu çərçivədəki fəaliyyəti onun şəxsiyyətini əks etdirir. Bu, şübhəsiz, müasir, tolerant və konstruktiv ölkə kimi Azərbaycanın əsl simasını bütün dünyaya nümayiş etdirir”.
O bildirib: “Düşünürəm ki, artıq Azərbaycanın birinci xanımı hörmət və heyranlığa layiq dünya əhəmiyyətli xadimdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info