Pakistanın nüfuzlu qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc edilib
Tarix: 25.08.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Milyonlarla oxucusu olan Pakistanın nüfuzlu "Daily Times" qəzetinin 25.08.2015-ci il tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib.
Azərbaycanın Pakistandakı Səfirliyinin yaydığı məlumata görə, "11.02.2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Pakistanın "Hila-e-Pakistan" ali ordeni ilə təltif edilib. Bu ilk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülür" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanıb.
Məqalədə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2004-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin olunduqdan öncə, 1995-ci ildən xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi vurğulanıb.
Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N. Zaidi, Fond tərəfindən yüksək standartlara cavab verən Talassemiya mərkəzi, məktəblər, xəstəxanaların inşa olunduğunu, insulin və qan köçürmə proqramlarının həyata keçirildiyini vurğulayıb. Fondun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilib, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün proqramlar həyata keçirilib.
Məqalədə, Mehriban Əliyevanın mədəniyyət inkişafına verdiyi töhfələrdən danışılaraq, inşa edilmiş Muğam mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparılması qeyd edilib.

Yazıda, Mehriban xanım Əliyevanın 2004-cü ildə Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, 2006-ci ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilib.

Pakistanlı jurnalist D.N.Zaidi məqaləsində, bütün dinlərin nümayəndələrinin ölkəmizdə harmoniyada yaşadığını bildirərək vurğulayıb ki, Azərbaycanın birinci xanımı dinlər arası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olub. Birinci xanım Mehriban Əliyeva “Azərbaycan Tolerantlığın Evidir” proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin, icraçısı olub.
D.N. Zaidi öz məqaləsində, Fondun diqqət mərkəzində olan idman sahəsinə xüsusi yer ayırıb. Jurnalist vurğulayıb ki, Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan xanım Mehriban Əliyevanın nüfuzu sahəsində, 2003, 2004 və 2005-ci illərində gimnastika üzrə dünya çempionatları Bakıda keçirilib. Yazıda, Mehriban Əliyevanın cari ilin iyun ayında Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi bildirilib, bu tədbirin Azərbaycanın birinci xanımının idmanın inkişafına vermiş olduğu töhfələrin kulminasiyası olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycana təşrif buyurmuş on minlərlə turistlər və idmançılar bu tədbirin ən yüksək səviyyədə təşkil olunmasından heyran olub, Azərbaycan millisinin Birinci Avropa oyunlarında ikinci yer tutması isə onlar üçün əsl sürpriz olub.
Yazıda, Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etdiyi, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycanın Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordenin ilə təltif olunduğu bildirilib.
Pakistanlı jurnalist, Avropa Oyunlarının Mehriban Əliyevanın başçılığı ilə həyata keçirilən ilk meqa tədbir olmadığını bildirərək, Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision-2012”-nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycana gəlmiş on minlərlə xarici qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olmaqla yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qalıblar.
Dure N. Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edərək, bildirib ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilib.
Jurnalist, 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini qeyd edib. O bildirib ki, Edhi Home kimsəsizlər evlərində, Peşavər Akbar Care serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın hospitalında hepatit B virusuna qarşı peyvəndləşdirmələr, müayinələr, açıq ürəkdə əməliyyatlar aparılıb, Saif Fonduna maddi yardımlar edilib. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunub təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi hədiyyə edilib, Xayber Paxtunkva Göz klinikasının yeni blokunun və gözləmə otaqlarının, həmçinin, İslamabad şəhəri Talasemiya mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərib.

Məqalədə, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2015-cü illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı bildirilib. Vurğulanıb ki, 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təhcizatı”, 2015-ci ildə isə Qucarxanda "20 Yanvar Şəhidlər su təchizatı" layihələri həyata keçirilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su ilə təmin olunub.
Jurnalist, Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkələr arasında münasibətlərin daha da güclənməsinə xidmət etdiyini bildirib, Pakistan xalqı və dövləti bunu yüksək qiymətləndirərək Pakistan Prezidenti cənab Məmnun Hüseynin sərəncamı ilə Mehriban Əliyeva "Hilal-e-Pakistan" ordeni ilə təltif olunub. Bundan əlavə Azərbaycanın birinci xanımı həmçinin, 2012-ci ildə "2012-ci ilin qadını - Humanizm Simvolu", 2013-cü ildə isə "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi" mükafatları ilə təltif edilib.
Məqalənin sonunda qeyd olunub ki, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevan dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Fransa, Serbiya, Rusiya, Kanada, Polşa, Küveyt, Dünya Səhiyyə Təşkilatının orden və medalları ilə təltif olunub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info