Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında sənəd imzalanıb
Tarix: 25.08.2015 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, avqustun 24-də Tbilisi şəhərində, bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və təcrübə mübadiləsinin ümumi işə faydası vurğulanıb.
Sonra Azərbaycanın Dövlət Gömrük Komitəsi və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin sədrinin müavini Givi Murvanidze imzalayıb.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasındakı “Gömrük işi üzrə inzibati yardım” müqaviləsinə əsasən imzalanan sənədin məqsədi iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info