“Məqsədimiz Azərbaycanın idman ölkəsi imicinin möhkəmlənməsinə töhfə verməkdir”
Tarix: 25.08.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi avqust ayının 22-dən İspaniyanın San-Sebastian şəhərində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı keçirilir. Avqusutun 30-dək davam edəcək bu idman yarışının əsas təşkilatçısı İspaniya – Azərbaycan Ticarət Assosiasiyasıdır (ACAE). Bu mötəbər tədbirlə əlaqədar İspaniya – Azərbaycan Ticarət Assosiasiyasının vitse – prezidenti Mahir Qurbanovun fikirlərini öyrəndik: “Bu mötəbər tədbirdə Avropa ölkələrindən çoxsaylı idmançılar öz güclərini sınayacaqlar. Qeyd edim ki, qeyri-olimpiya idman növləri içərisində kikboksinq idman növü öz populyarlığı ilə seçilir. Belə ki, Avropa ölkələri bu yarışa çox ciddi hazırlaşırlar. Bununla yanaşı, Azərbaycan idmançıları da milli komanda olaraq bütün güclərini qalib gəlmək üçün sərf edəcəklər. Bu işdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevin böyük zəhmətini qeyd etmək lazımdır. Biz inanırıq ki, idmançılarımız bu yarışdan böyük uğurla qayıdacaqlar”.
O dedi ki, İspaniya – Azərbaycan Ticarət Assosiasiyası olaraq belə bir yarışın baş təşkilatçısı olmaq onlar üçün nə qədər məsuliyyətlidirsə, bir o qədər də qürurvericidir: “Belə ki, qurumun apardığı işlər nəyin ki, iki dövlət arasında mövcud olan iqtisadi, ticari, mədəniyyət əlaqələrinin gücləndirilməsinə və genişləndirilməsinə təkan verməkdir, eyni zamanda bu idman yarışına dəstək olmaqla ilk Avropa Oyunlarından sonra Azərbaycanın dünyada formalaşan idman ölkəsi imicinin möhkəmlənməsinə öz töhfəmizi verməkdən ibarətdir. Həmçinin, məqsədlərimizdən biri də bu çempionatda iştirak edəcək milli komandamıza bir təşkilatçı olaraq maksimum dərəcədə dəstək verməkdən ibarətdir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info