Abbos Kasimov:“Şəki çox gözəl və qədim şəhərdir”
Tarix: 25.08.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


“Azərbaycana ilk dəfə 13 yaşım olarkən “Cücələrim” ansamblının dəvəti ilə gəlmişəm. Həmin vaxt Bakıda keçirilən konsert proqramında mən də iştirak edirdim. Aradan düz 32 il vaxt keçib. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Ölkəniz tamamilə dəyişib. Festivala dəvət olunduğuma görə çox şadam”.
Bu sözləri “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının iştirakçısı, “Abbos” musiqi qrupunun rəhbəri, Özbəkistanın Xalq Artisti Abbos Kasimov deyib.
Özbəkistan musiqiçisi sosial şəbəkələr vasitəsilə tanış olduğu mahir nağara ifaçısı Natiq Şirinova yaxşı musiqiçi kimi böyük hörmət etdiyini bildirib.
Abbos Kasimov deyib: “Mən demək olar ki, bütün dünyanı gəzmişəm, bir çox festivallarda iştirak etmişəm. “Nağara-2015” festivalının ilk dəfə keçirilməsinə baxmayaraq, çox yüksək səviyyədə təşkil olunub. Festivalın keçirildiyi Şəki çox gözəl və qədim şəhərdir. Mən ümumiyyətlə qədim şəhərləri çox sevirəm. Çünki özüm Daşkənddə anadan olmuşam”.
Qrupun rəhbəri bildirib ki, Şəki tamaşaçılarının musiqiyə, ifaçılara olan münasibəti onun çox xoşuna gəlib: “Konsert zamanı tamaşaçılar axıradək qrupumuzu alqışlayıblar. Musiqiçiyə tamaşaçı alqışından qiymətli mükafat ola bilməz”.
2016-cı ildə “Natiq ritm” qrupunun 15 illiyi qeyd olunacaq. Natiq Şirinov indidən “Abbos” qrupunu yubiley tədbirinə dəvət edib. Onlar da bu dəvəti böyük məmnuniyyətlə qəbul ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info